Icma.az
close
up
RU
Bismillahsız heç bir iş görməyən Faiq Balabəyli... Elman Eldaroğlu yazır

Bismillahsız heç bir iş görməyən Faiq Balabəyli... Elman Eldaroğlu yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Mayası halallıqla yoğrulduğu üçün, onun haqqında söhbət açmaq çox asandır. Çünki dünyaya “Bismillah” kəlməsinin sədası altında gəlib, əmdiyi ana südünün, yediyi halal çörəyin mayasında “Bismillah” olub, “Bismillah” kəlməsi səslənən ocaqdan pərvazlanıb. Və “Bismillah” deyə-deyə böyüyüb ərsəyə çatıb. Kimdir o? Həddibuluğa çatana kimi, doğulduğu kəndin yaxınlığından axan "Qarayar" çayını dünyanın ən böyük çayı bilib sularında fəxrlə üzən, sonradan həyatını Xəzərə bağlayan, çox fırtınalardan keçən gəmi kapitanı, dəryalar cəngavəri, dalğalar fatehi, yenilməz dənizçi, istedadlı şair, jurnalist, sayt rəhbəri- Faiq Balabəyli!..
Deyir ki:- “Xəzər maraqlı dənizdir. Onun qoynunda işləmək, dənizçi olmaq çox şərəflidir. Xəzərlə dostluq etmək çətindir, gərək onunla dil tapmağı bacarasan. Elə ki, coşdu dözülməz olur, amma susanda adamın pıçıltılarını da eşidir. Dünyanın bir çox dənizlərində üzmüşəm, amma heç biri mənə Xəzərin yerini verməyib. Xəzər daha canlıdır, daha çılğındır. Əbəs yerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkət edə bilər...”
O, 1964-cü ildə Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra Bakıya üz tutub. Üç il 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. Məktəbi bitirən kimi əsgərliyə yollanıb, Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra isə təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. O, eyni zamanda iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib. Hazırda İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. O cümlədən "müstəqil. az" saytına rəhbərlik edir...
İstedadlı adamdır, gözəl poeziya nümunələri, publisistik yazıları var. İndiyədək ondan yuxarı kitabı nəşr olunub...
"İlk dəfə 8-ci sinifdə oxuyarkən ədəbiyyat müəllimim Haqverdi müəllimə bir şeir göstərdim. Oxudu, “sən şair olacaqsan”, – dedi. Görürdüm ki, mənə qarşı daha həssasdır, istiqamət verir. Sonra şeirlərimi Böyükxan Bağırlı rayon qəzetində dərc etməyə başladı. Beləiklə, mən qələmə sarıldım. İndiyədək ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm, publisistika və s.. Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım, reportajlarım və müsahibələrim olub. Dənizçi olsam da, bütün ömrüm boyu bədii yaradıcılıqla da məşğul olmuşam. Bu, bir növ mənim hobbimdir. Heç vaxt hansısa yazıma görə ədəbiyyat tarixində qalmağımı düşünməmişəm. Elə buna görə də yaradıcılığıma bələd olanlar yazılarımda səmimiyyət olduğunu qeyd edirlər...”- söyləyir.
Tez-tez görüşə bilməsək də arada zəngləşib dərdləşirik. İncə yumor hissi var, zarafat etməyi bacarır. Səsinin ahəngi gəmi kapitanının əmiranə səsindən daha çox, şair səsinə bənzəyir, yumşaq və canlıdır. Sosial şəbəkədə paylaşdığı yazılarından hiss olunur ki, insanlar arasında olmağı xoşlayır. Necə deyərlər, cəmiyyət adamdır...
Fəzilətli, canlı, həvəsli, optimist, istedadlı və etibarlıdır. Sıfırdan başlayaraq çox çətin məqsədlərə çatmaq gücü var. İti zehni ilə kamillikdən həzz alır. Yaxşı təşkilatçılıq qabiliyyəti olan, diplomatik, dürüst və səmimi, bəzən də sadəlövh birisidir. Sevgi onun üçün ən güclü hissdir. O, sevgisində həmişə dürüstdür. Getdiyi yerdə özünü necə aparmalı olduğunu, cəmiyyətə necə uyğunlaşacağını çox yaxşı bilir. O, pozitiv düşünən və məqsədlərinə çatmaq üçün səy göstərən biridir. Adi işləri sevmir, tənbəlliyi xoşlamır, özünü təkmilləşdirdikcə bundan xoşbəxt olur. Çox həssas və emosionaldır. Bəzən qəzəbli görünsə də, əslində qəzəbinin altında böyük bir zəka gizlənir...
Adətən, gəmi kapitanları qəlyan çəkən olurlar. Amma Faiq Balabəyli qəlyan yox, qəm-qüssə, necə deyərlər, millətin, xalqın dərdini çəkir. Şeirlər elə-belə yaranmır axı. Bəli, hər şeir, ağrı-acının, qəm-qüssənin məhsuludur. Öz aramızdır, şairlər də elə kapitanlardır, “SÖZ” dəryasında üzən gəmilərin kapitanları…
Fevralın 23-ü bütün imanlı şəxslər kimi "Bismillah"sız heç bir iş görməyən Faiq bəyin növbəti ad günüdür, 62 yaşı tamam olur. 62 rəqəmi Mendeleyevin cədvəlində Samarium elementinin atom nömrəsidir. Numerologiya sistmində isə, 62 rəqəmi məsuliyyət, harmoniya, əməkdaşlıq və balansı ifadə edir. Bu yaş ola bilər ki, gəmi kapitanları üçün çoxdur, amma şair ilhamının müdriklik dövrünün başlanğıcı deməkdir. Şair dostum Faiq Balabəyliyə tükənməz ilham, uzun ömür arzulayıram...
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Fevral 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri