Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Ad gününüz mübarək, Rəşad Məcid! Elman Eldaroğlu yazır

Ad gününüz mübarək, Rəşad Məcid! Elman Eldaroğlu yazır

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bilirəm, elə “ağıllı” adam da tapılacaq ki, mənim ona tutduğum iradı nümunə gətirib, bu təbrikimə ağız büzəcək. Qoy əvvəlcədən söyləyim ki, böyük bildiyim adamlarda səhv görəndə biganə qala bilmirəm, bir vətəndaş kimi iradımı bildirməyə tələsirəm. Bu o demək deyil ki, onu özümə düşmən hesab edirəm. Heç vaxt! Bəli, eyni dinə, eyni dilə, eyni millətə mənsub olduğum insanların arasında mənim düşmənim yoxdur!..

...Doğrudur, heçnədən nəsə yaratmaq Yaradana xasdır, amma deyəsən, O, bu qüdrətindən sevdiyi bəndələrinə də pay verib. Nahaq yerə söz ehtiyatımızda “yaradıcı”, “kreativ”, 'icad" və bunlara bənzər kəlmələr yaranmayıb ki...

Onun haqqında çox yazılıb, çox deyilib, təkrarlayıb vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, onu necə tanıyıramsa, elə də təsvir edim. Əvvəla onu deyim ki, heç vaxt onunla nə dostluq, nə də yoldaşlıq etməmişəm, həyatda cəmi bir neçə dəfə üz-üzə gəlmişik. Salam-əleykum- vəssalam. Rəşad Məcidi deyirəm. Özünəməxsus xarakterilə ön plana çıxan Rəşad Məcidi...

...Heç vaxt ona işim düşməyib, yəqin ki, heç düşməyəcək də... Amma belə adamlar haqqında söz demək, fikir formalaşdırmaq vacibdir. Onun yardımsevər olması, insanlara kömək etmək arzusu, adamları sevindirmək istəyi məni onun haqqında düşündüklərimi sizinlə bölüşmək sevdasına saldı. Yaşı altmışı keçsə də, onun davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəsli olması ürəyimcədir...

Ola bilər ki, kimsə onu eqoist, təkəbbürlü adam kimi tanıyır. Əslində o, təkəbbürlü yox, məğrur adamlardandır. Mehriban davranışı göz qabağındadır. Heç vaxt dəstəyini görməsəm də, fəqət yaxşı bilirəm ki, səxavətli adamdır. O, gələcək üçün investisiya qoymaq, pul yığmaq baxımdan heç də əliaçıq adamlardan fərqlənmir. Bir sıra adamların düşündüyü kimi, nə böyük var-dövləti var, nə də səltənəti. Sıradan, orta statistik bir vətəndaşdır...

 Çox çalışqan və əzmkardır. Həm özünü, həm də ətrafdakı insanları yaşatmaq üçün səy göstərir. Yəqin ki, Allah da onun saf niyyətini görüb hər işində yardımçı olur, uğur qazandırır...

O, özünü cəmiyyətə çoxdan sübut etməyi bacarıb. İllər ötəcək, nə vaxtsa vəzifədən gedəndən sonra da, nüfuz və hörmətindən bir zərrə belə azalmayacaq. 525-ci qəzet, Mətbuat Şurası və s. xidmətləri yaddaşlarda qalacaq. Bəli, mənim tanıdığım Rəşad Məcid zəmanəmizin yaxşı adamlarından biridir. Gözəl övladlar böyüdüb, nəvələrinin də əsl vətəndaş kimi yetişməsinə səy göstərir. Əqidəsinə, meyyarlarına sadiqdir. Milli-mənəvi dəyərlərimizin təəssübkeşidir. Hansı vəzifəyə yüksəlməsindən asılı olmayaraq sadəliyini, səmimiyyətini qoruyub saxlaya bilir. İnsanlara yuxarıdan aşağı baxmağı xoşlamır...

...Yeri gəlmişkən, “Rəşad” kəlməsi ərəb mənşəli olub- "doğru yolla gedən", "düşüncəli" və "fərasətli" mənalarını verir. “Məcid” sözünün mənası isə "şan-şöhrətli" deməkdir. Beləliklə, Rəşad Məcid imzasının açılışı- Doğru yolla gedən şan-şöhrətli adam- anlamını daşıyır...

Avqustun 21-i Rəşad Məcidin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Avqust 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri