Icma.az
close
up
RU
“Bitcoin” dəyərdən düşür: Kriptovalyuta bazarındakı proseslər böyük oyunçuların işinə yarayır

“Bitcoin” dəyərdən düşür: Kriptovalyuta bazarındakı proseslər böyük oyunçuların işinə yarayır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Fevralın son günündə kriptovalyuta bazarında təlatüm yaşandı. Virtual valyutaların əksəri dəyər itirdi. Bir müddət əvvəl 100 min dollar həddini aşan “Bitcoin” da zərbə alıb. BTC-in gün ərzində hətta 80 min dollardan ucuz təklif olunması qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, “Bitcoin”da əvvəlki bağlanış qiyməti ilə müqayisədə 6 faiz civarında azalma var. Gün ərzində məzənnə 79 min 553 dollara qədər enib.

Populyarlığına görə BTC-dən sonra gələn “Ethereum” və “Dogecoin” da az dəyər itirməyib. Hər iki altcoin 7 faizdən çox ucuzlaşıb. “Ethereum” 2100 dollardan bir az baha, DOGE isə 0,19 dollar səviyyəsində ticarət olunur.

XRP də 7 faiz civarında geriləyib. Amma bu kriptovalyuta yenə bazara 2 dollardan ucuz çıxmır. “Solana” isə daha az geriləyərək 128 dollara düşüb.

Azərbaycanda kriptovalyuta həvəskarı yetərincədir. Sosial mediada bununla bağlı qruplar yaradılıb, geniş müzakirələr aparılır. Virtual valyutalarla bağlı necə davranmaq lazım gəldiyi tövsiyə olunur. Böyük pullar qazandığını gizlətməyənlər də var. Lakin ümümi fikir belədir ki, kriptovalyutalarla bağlı proqnoz vermək asan deyil.

Ekspertlər bazardakı təlatüm barədə müxtəlif fikirlər səsləndirir. Konkret səbəb göstərmək çətin görünür. Dünyada baş verənlərin prosesə təsiri şübhəsizdir. Ümumi qeyri-sabitlik nəzərə çarpır. Amma digər yandan bazardakı təlatümün müvəqqəti xarakter daşıyacağını düşünənlər də az deyil. Yəni qiymətlər müəyyən həddə qədər enəndən sonra yenə yüksələcək.

Ümumilikdə qiymət azalması daha çox böyük oyunçuların işinə yarayır. Kiçik oyunçular belə epizodlarda dərhal təşvişə düşür. Əllərində olan virtual pullardan yaxa qurtarmağa çalışırlar. Fürsətdən isə böyük oyunçular istifadə edir. Onlar ucuz qiymətlər hesabına yaxşı ehtiyat toplamaq imkan tapırlar. Yəni kriptovalyuta bazarında baş verənlər belə, “zənginlər”in daha da varlanması ilə nəticələnir.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see259

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see200

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see191

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see130

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri