“Bitcoin” rekord qırdı, daha nə qədər yüksələ bilər? İqtisadçı AÇIQLADI
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, dünyanın ən bahalı kriptovalyutası olan “Bitcoin”in qiyməti ilk dəfə olaraq 100 min dollar həddini ötüb.
Bununla bağlı Sfera.az-a açıqlama iqtisadçı Eldəniz Əmirov deyib ki, “Bitcoin”in 200 min dollara qədər yüksəlməsi mümkündür:
“Çünki idarə edilən bazar tələbi bu köpüyün durmadan şişməsini təmin edir. Lakin 200 min, maksimum 250 minlik həddən sonra tələbin azalması mümkündür. Bu isə yenidən qiymətlərin enməsinə səbəb ola bilər”.
Ekspert bildirdi ki, tələbin 200 minlik həddən sonra da yüksək saxlanılması üçün birja və ya kripto platforması “Bitcoin”in müəyyən bir hissəsini təmsil edən, tokenlər və ya derivativlər kimi kiçik paylar yarada bilər.
“Nəzərə alaq ki, divarları nisbətən qalın olan sabun köpüyünü də ortasından basaraq xırda köpüklərə parçalamaq olur”, - ekspert yekunlaşdırıb.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















