Icma.az
close
up
RU
“Bitcoin”ə inam azalır, dollar UCUZLAŞIR Pulumuzu hara YATIRAQ?

“Bitcoin”ə inam azalır, dollar UCUZLAŞIR Pulumuzu hara YATIRAQ?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Trampın son zamanlar səsləndirdiyi bir sıra ifadələr, habelə verdiyi qeyri-müəyyən qərarlar dollar və “Bitcoin”ə inamı xeyli azaldıb.
ABŞ prezidenti Donald Trampın bir müddət əvvəl kriptovalyuta sammitində “Bitcoin”lə bağlı söylədiyi bir cümlə bazarda kəskin dalğalanmaya səbəb olub:
“Bu gündən etibarən Amerika hər bir “Bitcoin” sahibinə yaxşı məlum olan bir qaydaya riayət edəcək. Heç vaxt “Bitcoin”inizi satmayın. Onlar bu ifadədən istifadə edirlər. Bunun doğru olub-olmadığını bilmirəm. Axı, kim, lənətə gəlsin, bunun düzgün olub-olmadığını bilir?”
Bu açıqlamadan sonra “Bitcoin”, «Ethereum», «Solana», «Cardano» və «Ripple» kimi aparıcı kriptolar kəskin ucuzlaşıb. Ucuzlaşmaya səbəb ABŞ hökumətinin bu sahədəki ilkin planlarını açıqlaması olub. 
Belə ki, Prezident Tramp martın 7-də ABŞ-ın strateji “Bitcoin” ehtiyatının yaradılması barədə fərman verib.
Elan edilib ki, tezliklə ABŞ-ın “Bitcoin” ehtiyatı 200 min “Bitcoin”ə çatacaq. Amma ABŞ hökumətinin bu qərarı “Bitcoin”in qiymətinin artması ilə deyil, azalması ilə nəticələnib. Məlum olub ki, ABŞ hökuməti bu ehtiyatları bazardan kriptovalyuta almaqla deyil, müsadirə edilmiş kriptovalyutalarla yaradacaq. Yəni ABŞ hökuməti “Bitcoin” almağa pul xərcləməyəcək və bu sahəyə investisiya yatırmayacaq.
Belə ki, bu qərardan sonra “Bitcoin” 5,21% ucuzlaşaraq 85 780 dollara, Ethereum 4,55% ucuzlaşaraq 2 122 dollara, Cardano 11,62% ucuzlaşaraq 0,811 dollara, Solana 2,64% ucuzlaşaraq 141,47 dollara, Ripple isə 9,99% ucuzlaşaraq 2,35 dollara düşüb. Sonradan vəziyyət bir qədər dəyişib və hazırda “Bitcoin” 86 min dollardan yuxarı satılır.
Qızıl isə rekord həddə bahalaşır.
Dünya əmtəə bazarlarında qızılın bahalaşması davam edir. Belə ki, fevral ayının sonunda bir qədər səngiyən qiymət artımı yenidən sürətlənib. Bu dövrdə bir unsiya qızılın qiyməti 135 ABŞ dollar artıb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel füçerslərinin qiyməti 3 001,1 ABŞ dollarına bərabər olub.
Belə olan halda ən etibarlı yatırım istiqaməti hansıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, təlatümlü dövrlərdə əsas güvənli yatırım istiqaməti rolunda qızıl çıxış edir:
 

“Trampın atdığı addımlar həqiqətən də dolların ucuzlaşmasına səbəb olub. Amma bunun belə olmasının da öz səbəbləri var. Əslində, Tramp komandası ucuz dollarda maraqlıdır. Çünki dolların indeksi yüksək olanda Amerikada istehsal və ixrac stimullaşdırılmır. Ona görə belə addımların atılmasının arxasında bir sıra hallarda strateji qərarların yerinə yetirilməsi dayanır.


Qızıl isə hər zaman təlatümlü dövrlərdə güvənli liman rolunu oynayan əsas vasitədir. Son zamanlar isə səhm bazarında ciddi azalmalar var. Səhm bazarından çıxan investorlar əllərində olan vəsaiti qızılı yatırır. Ona görə də qızılın qiyməti bahalaşır”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri