Icma.az
close
up
RU
Qızılın qiyməti rekord vurur, dollar UCUZLAŞIR Pulumuzu nəyə YATIRAQ?

Qızılın qiyməti rekord vurur, dollar UCUZLAŞIR Pulumuzu nəyə YATIRAQ?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Son günlər qızılın qiyməti yeni rekorda imza ataraq, 3200 dolları keçib. Bu isə investorlar arasında böyük marağa səbəb olub. Ötən şənbə günü, Bakı vaxtı ilə 02:48-də qiymətli metalın unsiyası 3212 dollar səviyyəsinə çatıb. Qızılın qiymətindəki bu sürətli artım son illərdə daha çox diqqət çəkməyə başlayan qlobal iqtisadi qeyri-müəyyənliklər və ticarət müharibələri ilə əlaqələndirilir.

Bu əsasda ABŞ-nin Avropa İttifaqı və Çinə tətbiq etdiyi rüsumlarla bağlı olaraq dollar isə digər valyutalara nisbətdə ucuzlaşır. Son hərracda bir avro 1,135 dollara dəyişdirilib. Halbuki, dünən bir avro 1,09 dollar, bu ilin yanvarında isə 1,029 dollar idi.

Belə vəziyyətdə görəsdən, Azərbaycan vətəndaşları ziyan görməmək üçün pullarını saxlamaq üçün hansı addımlar atmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, biznes strukturları banklara yatırım edənlər işlərini manat ifadəsində görməlidir.

Həmsöhbətimizin fikrincə, evdə saxlanılan pullar isə dollar ifadəsində olsa, daha yaxşı olar:

“Martda qızılın bir unsiyası 3100-3200 dollaradək yüksəldi. İndi yenidən yüksəliş prosesi gedir. Pandemiya, Rusiya Ukrayna müharibəsi, ABŞ-dakı seçki və Trampın rüsum siyasəti, dünya makroiqtisadiyyatı tarazlığındakı aktivlik ardıcıl olaraq bir çox ölkələr üçün rezerv olaraq qızılı daha aktual edib. Bir çox ölkələr, Çin, Hindistan, Türkiyə öz rezervlərini qızıl ifadəsinə çevirir. Bu da öz növbəsində risklərin diversifikasiyası mənbəyi kimi qəbul edilir. Belədə bazar da onlara reaksiya verir və qızılın qiyməti bahalaşır”.

Ekspert deyir ki, bazarda spekulyativ anlayışın olduğunu da nəzərə almalıyıq:

“Süni şişirdilmiş qiymət eyni zamanda, iflasa, ucuzlaşmaya doğru gedəcək mühiti də formalaşdıra bilər. Bu qızılın bir unsiyasını 1500, 2000, 2500 dollara alanlara bu şamil olunmur. Ancaq ondan yüksək qiymətlə alanlar bilməlidir ki, əksi, yəni ucuzlaşma da baş verə bilər. Belə olan halda həmin addımı atanlar ziyanla üzləşəcəklər”.

Pulunuzu evdə saxlayırsınızsa...

F.İbrahimov qeyd edir ki, dollar son 3-4 ildə digər valyutalarla müqayisədə nə bahalaşıb, nə də ucuzlaşıb:

“Sadəcə, müəyəyn dəhlizdə üfiqi dalğalanma ilə hərəkət edir. Yəni burada qeyri-adi trend baş vermir ki, dolların dəyər itirdiyindən danışaq. Bir ay öncə dollar yüksəlirdi, indi isə müəyyən qədər ucuzlaşıb. Azərbaycan manatına nisbətdə isə dollar öz çəkisini saxlayır. Çünki Azərbaycanda üzən məzənnə yoxdur.

Amma dollara bağlı olduğundan manat digər valyutalara nisbətdə ucuzlaşır. Manatın dayanıqlığı ən azından ilin sonunadək sabit qalacaq. Deməli, bizneslə məşğul olanlar, banklara yatırım edənlər işlərini manat ifadəsində görməlidir. Evdə saxlanılan pullar isə dollar ifadəsində olsa, daha yaxşı olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Aprel 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri