“Bitcoin”in qiyməti 74 min dollara yaxınlaşır
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Qlobal kriptovalyuta bazarında əsas aktivlər üzrə qiymət artımı müşahidə olunur.
“APA-Economics”in CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, son sutka ərzində bazarın ümumi kapitallaşması 3,30% artaraq 2,51 trilyon dollara yüksəlib.
Aparıcı kriptovalyuta "Bitcoin"in qiyməti son 24 saatda 2,92% artaraq 73 629 dollara çatıb. Ethereum isə 7,56% bahalaşaraq 2 259 dollar olub.
Digər əsas kriptovalyutalarda da qiymət artımı qeydə alınıb. BNB-nin qiyməti 3,68% artaraq 683 dollar, Bitcoin Cash-in qiyməti 1,45% artaraq 472 dollar, "Monero"nun qiyməti isə 1,58% artaraq 361 dollar təşkil edib.
Eyni zamanda qızıl əsaslı tokenlərdə fərqli dinamika müşahidə olunub. Belə ki, "PAX Gold"un qiyməti 0,23% azalaraq 5 008 dollar, "Tether Gold"un qiyməti isə 0,09% azalaraq 4 986 dollar səviyyəsində qərarlaşıb.
Bununla yanaşı, süni intellekt sektoruna aid kriptovalyuta olan Bittensor son sutkada 3,31% artaraq 276 dollar səviyyəsinə yüksəlib.
Analitiklərin fikrincə, bazarda qiymətlərin artmasına əsas səbəblərdən biri investorların risk aktivlərinə marağının yenidən yüksəlməsi və bəzi altcoinlərə kapital axınının artmasıdır. Bununla yanaşı, bazarın ümumi kapitallaşmasının artması və iri kriptovalyutalarda alışların güclənməsi də qiymətlərin yüksəlməsinə təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 16 Mart 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















