Icma.az
close
up
RU
Bitki çayları haqqında vacib məsləhətlər: Bəziləri dəmlənməli, digərləri qaynadılmalıdır

Bitki çayları haqqında vacib məsləhətlər: Bəziləri dəmlənməli, digərləri qaynadılmalıdır

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Bitki çayları bir çox faydalı xüsusiyyətlərə malikdir, xüsusilə həzm problemlərini yüngülləşdirməkdə effektiv rol oynayır. Ancaq bu məhsuldan istifadə edərkən düzgün növləri seçilməli, uyğun şəkildə dəmlənməli və nəzarətli istehlak olunmalıdır.

Bu barədə türkiyəli qastroenteroloq və fitoterapiya üzrə mütəxəssis Bülent Yaşar xəbərdarlıq edib.

O, bitki çaylarının həm bəzi xəstəlik əlamətlərini yüngülləşdirdiyini, həm də gündəlik sağlamlıq rejiminə müsbət təsir göstərdiyini deyib.

"Həzm sistemi narahatlıqlarının müalicəsində çobanyastığı, nanə və ballınanə (melisa) çayları önə çıxır. Bu çaylarla yanaşı, adaçayı, zəncəfil, cirə və razyana kimi bitkilər də həzmin asanlaşdırılmasına töhfə verir", - deyə o bildirib.

Mütəxəssis bitki çaylarının hazırlanmasında dəmləmə və qaynatma kimi iki əsas üsulun olduğunu qeyd edib:

"Əsasən yarpaq və çiçək hissəsi istifadə olunan bitkilər qaynadıldıqdan sonra soyudulmuş suya əlavə edilərək dəmlənməlidir. Zəncəfil kimi kök bitkilər əvvəlcə su ilə birlikdə qaynadılmalı, sonra süzülərək istehlak edilməlidir".

Onun sözlərinə görə, bitki çaylarını gün ərzində 1-3 stəkan içmək idealdır.

"Daha çox istehlak bitki tərkiblərinə görə orqanizmdə yan təsirlərə səbəb ola bilər", - deyə mütəxəssis vurğulayıb.

O, xüsusilə çobanyastığı çayında diqqət edilməli fərqli növlərin olduğunu vurğulayıb:

"Xalq arasında may çobanyastığı kimi tanınan növü tövsiyə edirik. Təbiətdəki hər çobanyastığı çay kimi istehlak edilə bilməz; yanlış növ istifadəsi allergik reaksiyalara səbəb ola bilər", - deyə o bildirib.

Mütəxəssis bitki çaylarının etibarlı mənbələrdən alınmasının vacib olduğunu qeyd edib.

"İstehlakçılara bitki çaylarını əldə edərkən mənbəyinə diqqət yetirmələrini və mütəxəssis məsləhəti ilə istifadə edilməsini tövsiyə edirik", - deyə o vurğulayıb.

Oxu.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Noyabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see164

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see122

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see119

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see117

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see114

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see113

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see112

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see112

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see111

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri