Icma.az
close
up
RU
Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə şəhərində ictimai nəqliyyatın keyfiyyətinin və təhlükəsizliyinin artırılması, peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni layihənin icrasına başlayıb. SİA xəbər verir ki, AYNA-nın Təlim-Tədris Mərkəzi tərəfindən Gəncədə ictimai nəqliyyat sahəsində fəaliyyət göstərmək üçün müraciət edən 700-ə yaxın sürücünün bacarıqlarının yoxlanılması həyata keçirilir.

İlkin mərhələdə sürücülər hərəkətə başlama, manevretmə və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi, müxtəlif trayektoriyalar üzrə idarəetmə kimi praktiki tapşırıqları yerinə yetiriblər. Yoxlama zamanı müvəffəqiyyət göstərən sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra təlim prosesinə cəlb ediləcəklər.

Təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, avtobusların istismarına dair normativ tələblər, ictimai nəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekoloji səmərəliliyin artırılması məqsədilə “ekosürmə” texnikası üzrə nəzəri və praktik biliklər veriləcək.

Qeyd edək ki, bu yanaşma sərnişin məmnuniyyətinin yüksəlməsinə və yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri