Icma.az
close
up
RU
“Biz artmasaq, başqa millətlər buranı zəbt edəcək”

“Biz artmasaq, başqa millətlər buranı zəbt edəcək”

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Yeni sənədlə daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilib və genişləndirilib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, siyahıya qızıl otağının nəzarətçiləri, emal, qırma, daşıma və topaqələviləşdirmə sahələrinin nəzarətçiləri, mühəndislər (o cümlədən elektrik mühəndisləri) və metallurqlar əlavə olunub.

Deputat qeyd edib ki, güzəştli pensiya hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlara da şamil olunur. Bu hüquq “Əmək pensiyaları haqqında” Qanunun 8 və 9-cu maddələri ilə tənzimlənir.

Qanuna əsasən beş və daha çox uşağı olan, yaxud əlilliyi olan uşağa sahib valideynlər (uşaqlar səkkiz yaşınadək sağ olduqda) pensiyaya 5 il tez çıxa bilərlər. Bu halda analar 59, atalar isə 60 yaşında pensiya ala bilirlər. Zərərli və ağır iş şəraitində çalışan kişilər (azı 12 il 6 ay), qadınlar isə (azı 10 il) 5 il tez pensiyaya çıxa bilərlər. Hipovizqanizm və cırtdanboy şəxslər 5 il sığorta stajı ilə pensiya yaşını 20 il azalda bilirlər. Mülki aviasiya uçuş heyətində çalışanlar 25 il, səhhətinə görə azad olunmuşlar isə 20 il stajla 15 il tez pensiyaya çıxa bilərlər. Prokurorluq, hərbi xidmət, ədliyyə və digər dövlət sahələrində çalışanlar da qulluq müddətinə əsasən bu hüquqdan yararlana bilirlər. Deputat əlavə edib ki, pensiya islahatlarının dərinləşməsi yaş həddinin müəyyənləşdirilməsində keyfiyyət göstəricilərinin nəzərə alınmasını daha da aktuallaşdırır.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, biz artmasaq müəyyən müddətdən sonra başqa xalqlar, başqa dövlətlər gəlib buranı zəbt edəcək.

“Sosial yönümlü ölkələrdə pensiyada belə güzəştlər var ki, insanlar daha tez pensiyaya çıxa bilsinlər. Bu əsasən o ölkələrdədir ki, orda pensiya da yüksəkdir, insanlar ümumiyyətlə işdən çıxıb pensiya almağa meyllidirlər, maraqlıdırlar.

Çoxlu uşağı olmaq istəyən insanlar pensiyanı düşünmür ki... Ümumiyyətlə, bizdə pensiyanı xüsusən də gənc yaşında insanlar çox da onu düşünmürlər. Bu onun üçün deyil ki, insanları guya bununla sövq edirlər ki, daha tez pensiyaya çıx. Sadəcə onsuz da bilirlər ki, Azərbaycanda çoxuşaqlı insanlar azdır. Bu da açıq desək çox populist addımdır. Yəni, baxın, biz çoxuşaqlıların qeydinə qalırıq, amma onların sayı onsuz da azdır. Amma əlbəttə ki, Azərbaycan iqtisadiyyatının çox uşağa ehtiyacı var. Ümumiyyətlə, Azərbaycan dövlətinin ehtiyacı var. Mən bu barədə bir neçə dəfə çıxışlar da etmişəm ki, o ölkələrin gələcəyi var ki, orda insan sayı artır. Bizdə insanların sayı get-gedə azalmağa doğru gedir. Bu da o deməkdir ki, bu tendensiya davam etsə, əgər biz tədricən “əriyə-əriyə” getsək, Azərbaycan - dövlət, ərazi, ölkə, torpaq gələcəkdə başqa xalqlara mənsub olacaq.

İqtisadiyyatı güclü olan Avropa, Amerika kimi ölkələr dünyanın ən savadlı insanlarını özlərinə cəlb edirlər. Biz bunu görürük. Ölkəni inkişaf etdirilər. Biz elə ölkə deyilik. Biz ya özümüz artmalıyıq. Artmasaq müəyyən müddətdən sonra 50 - 100 ilə bizim əhali sayı azalacaq və başqa xalqlar, başqa dövlətlər gəlib buranı zəbt edəcək. Buna görə əlbəttə ki, əhalinin sayı artmalıdır. Ancaq son zamanlar əhalinin sayında azalma tendensiyası var”, - deyə Əkrəm Həsənov qeyd edib. /yenisabah.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Noyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri