Icma.az
close
up
RU
“Biz Azərbaycan kimi çarter reyslərlə uçmuruq” MÜSAHİBƏ

“Biz Azərbaycan kimi çarter reyslərlə uçmuruq” MÜSAHİBƏ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kabo-Verde futbol millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazandı. Yığma bunu həm də Esvatinini 3:0 hesabı ilə məğlub edərək 23 xalla qrup lideri olaraq bacardı. Cəmi 600 min əhalisi olan ölkənin milli komandasının belə bir tarixi hadisəyə nail olması sıradan bir hadisə sayılmadı.

Azərbaycanda çıxış edən iki Kabo-Verdedən olan futbolçudan biri, uzun müddət “Qarabağ”ın, hazırda isə “Araz-Naxçıvan”ın formasını geyinən Patrik Andrade Teleqraf-a müsahibə verib.

Moderator.az xəbər verir ki, oyunçu həm bu tarixi hadisənin sirrini açıqlayıb, həm də öz karyerasından danışıb:

– Milli komandanızın dünya çempionatının final mərhələsinə vəsiqə qazandı. Təəssüratlarınız necədir?

– Bu, Kabo-Verdenin tarixində ən böyük hadisədir. Müstəqilliyimiz bərpa olunduqdan sonra ilk dəfə belə bir uğura imza atırıq. Dünya çempionatına vəsiqə qazanmaq ölkəmizin tarixində ən mühüm nailiyyətlərdən biridir. Mən, ailəm, dostlarım, komanda, bir sözlə, hamımız çox xoşbəxtik.

– Özünüz də heyətdə olmaq istərdinizmi, yaxud şansınız varmı?
– Düşünürəm ki, bəli. Mən 3 oyuna getmədim, bu da klub dəyişikliyimlə bağlı idi. Onlardan vaxt istəmişdim ki, bütün işlərimi qaydasına sala bilim. Həmin iki oyuna məni çağırmadılar, ona görə də imkan olmadı. Ümid edirəm ki, noyabrdakı təlim-məşq toplanışına məni dəvət edərlər.

– Yəni yayda dəvət gəldi, amma özünüz getmək istəmədiniz?
– Bəli, yayda zəng etdilər. O vaxt “Qarabağ”da olsam da, artıq komanda dəyişmək ərəfəsindəydim. Buna görə milli komandanın baş məşqçisinə dedim ki, mənə bir az vaxt versinlər, bu dəyişiklikləri yoluna qoyum.

– Kiçik bir ada dövlətinin belə tarixi uğura nail olmasının sirri nədədir?
– Bizim yaxşı komandamız və futbolçularımız var. Ən vacibi odur ki, biz futbolçular yaxşı dostuq. Afrika Millətlər Kubokunda da yaxşı çıxış etdik və özümüzü bütün dünyaya göstərdik. Bu dəfə də həmin ruhla oynadıq. Ən vacibi isə qrupda birinci yeri tutduq. Heç vaxt milli komandamız bu səviyyədə uğur qazanmamışdı, ona görə çox istəkli idik. Bu, bizim və ölkəmiz üçün çox vacibdir.

– Dünya çempionatında oynamaq kimi bir arzunuz varmı?
– Əlbəttə ki, bu, bütün futbolçuların arzusudur. Bu səviyyədə mundialda çıxış etmək hər kəs üçün böyük şərəfdir.

– Daha əvvəl Kabo-Verde Portuqaliyanın müstəmləkəsi idi. Bunun təsiri olduğunu düşünmək doğru olar?
– Düşünürəm ki, Portuqaliyanın təsiri yoxdur. Kabo-Verdedə çox istedadlı futbolçular doğulur. Ölkəmiz kiçik olduğuna görə futbolda irəliləmək üçün imkan çoxdur. Bir çox futbolçularımız Fransa, İngiltərə və digər top liqalara gedirlər. Portuqaliyaya aid xüsusi təsir yoxdur.

– Bəs Azərbaycanın bu uğura çatması üçün nə çatmır?
– Azərbaycanın yaxşı millisi və futbolçuları var. Amma nə baş verdiyini tam başa düşmək çətindir. Nə çatmadığını bilmək olmur. Azərbaycanda olan imkanlar Kabo-Verdedə yoxdur. Bizim böyük futbolçularımız olsa da, Azərbaycan kimi şəraitimiz yoxdur. Məsələn, biz Azərbaycan kimi çarter reyslərlə uçmuruq. Bizdə belə imkanlar azdır. Amma “Omoniya”da oynayan Villi Semedo kimi futbolçular var. Həmçinin, Fransada çıxış edən, “Fənərbağça” və “Qalatasaray”da oynayan oyunçularımızı da qeyd edərdim. Bir sözlə, məşhur futbolçularımız çoxdur. Ən vacibi isə dostluğumuzdur, birlikdə böyümüşük. Azərbaycanla müqayisədə elə böyük fərq yoxdur, sadəcə bir az bəxt lazımdır. Bizim indi bu fürsət yarandı və ondan maksimum istifadə etdik.

– Azərbaycan futboluna doğmalaşmısınızmı?
– Əlbəttə ki, Azərbaycan artıq mənim evimdir. Azərbaycanı bir insan və futbolçu kimi sevirəm. Burada inkişaf etmişəm. Mən və ailəm Azərbaycanı çox sevirik. Düşünürəm ki, burada daha uzun illər qalacam.

– Karyeranızı burada bitirməyi düşünürsünüzmü?
– Tezliklə yox. Amma burada başa vura bilərəm. Onda hamı biləcək. Hələlik isə karyeramı davam etdirmək və daha peşəkar olmaq istəyirəm.

– Gələcəkdə Azərbaycanda qalıb işləmək istərdinizmi?
– Niyə də yox? Azərbaycanı sevirəm. Gələcəkdə belə bir imkan olarsa, məmnuniyyətlə faydalanaram.

– Maraqlıdır ki, Kobo-Verde millisində "6" nömrə, "Araz-Naxçıvan"da da eyni, "Qarabağ"da da "66" nömrəli forma geymisiniz. Bunun hər hansı simvolik mənası var?

– Bu rəqəmi sevirəm. Ona görə də seçimim belə olub (gülür-red.). Əslində nə iləsə bağlılığı yoxdur.

– Sabiq klubunuz “Qarabağ” hazırda UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Orada olmaq istərdinizmi, buna görə bir “kaş ki” hissiniz oldumu?
– “Qarabağ” karyeramda önəmli rol oynayan klublardan biridir. Orada bütün xəyallarımı reallaşdırdım. Bu futboldur, ayrılıqlar qaçılmazdır. Həm futbolçu, həm də insan kimi orada böyüdüm. Kuboklar qazandım, bu da ən vacib şeydir. Xoşbəxt idim və xoşbəxt olmağa davam edirəm. “Qarabağ”da da çox yaxşı futbolçular və böyük komanda var. İndi də peşəkar kollektivdəyəm. Bizim yaxşı komandamız və peşəkar məşqçilərmiz var. Qaranı, Keytanı "Qarabağ"dan tanıyırdım. İnanıram ki, "Araz-Naxçıvan" ildən-ilə daha yaxşı uğurlara imza atacaq.

– Necə düşünürsünüz, “Qarabağ” “Atletik Bilbao” ilə oyunda hansı nəticəni əldə edə bilər?
– “Qarabağ” hazırda çox yaxşı formadadır. Rəqib güclüdür, amma onların qarşısında “Benfika” və “Kopenhagen” kimi klubları məğlub etmiş bir komanda olacaq. Düşünürəm ki, asan olmayacaq, bunu hamı bilir. Sadəcə “Qarabağ”a uğurlar arzulayıram. Bu komanda hər şeyin ən yaxşısına layiqdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri