Biz bu radikal qüvvələrlə Avropada illərlə mübarizə aparmışıq
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə qarşı Vaşinqton DC-də radikal mühacir qüvvələr tərəfindən təxribat törədilməyə cəhd edildi. Azərbaycan Prezidentinin təhlükəsizlik xidməti radikal müxalifət mühacirləri tərəfindən provokasiya edilməyə çalışıldı. Bütün dünyanın gözü qarşısında Azərbaycanın imicinə ciddi zərər vurulmaq cəhdləri edildi. Amerikada və Avropada məskunlaşmış radikal qüvvələr tərəfindən Dövlətimizin simvoluna, Dövlət rəmzinə xəyanət edildi. Biz bu filmi əvvəllər də görmüşdük, bu xain cəhdlərə şahid olmuşduq. Biz bu radikal qüvvələrlə Avropada illərlə mübarizə aparmışıq".
Bunu Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov Demokrat.az-a açıqlamasında bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin Parisə, daha sonra Brüsselə – Avropa Parlamentinə səfərlərini və Avropadakı izdihamlı dəstək nümayişlərimizi xatırlatmaq istəyirəm. O zaman erməni diasporunun aktiv olduğu dövrlər idi və biz ölkə rəhbərinə dəstək vermək üçün aksiyalar təşkil edirdik. O vaxt biz ermənilərin təxribatından ehtiyat edirdik. 2017-ci ilin noyabr ayında Brüsseldə radikal mühacir qüvvələri, “söyüş maşınlarını” Belçika polisinin dəstəyi ilə "Place du Luxembourg" meydanından çıxarmışdıq. 2018-ci ilin aprel ayında Berlində, Azərbaycan səfirliyi qarşısında yenə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları ilə qarşı-qarşıya gələn radikal müxalifətin yüzlərlə söyüş söyən və təxribata hər an hazır olan dəstəsi vardı. Amma biz o zaman da radikal mühacirlər tərəfindən törədiləcək hər an hər provakasiyaya hazır idik, mütəşəkkil idik. Amerikada 100 minlərlə azərbaycanlı yaşayır. Amerikadakı diaspor təşkilatlarımız Vaşinqton D.C.-də mütəşəkkillik göstərə bilmədilər və nəticədə öz yerlərini radikal mühacir qüvvələrə verdilər. Qərbin az qala hər ölkəsində yayım edən radikal mühacir internet TV kanalları durmadan hücuma keçir, şaiə yayır, təxribat törədirlər. Bəs o zaman iqtidaryönlü və ya neytral internet radio və TV kanalları Qərb ölkələrində niyə yoxdur, niyə təsis edilmir və niyə fəaliyyət göstərmir? Amerikada və Avropada təcrübəli diaspor strukturlarını, illərin sınaqlarından çıxan, hər zaman və hər yerdə, hər ölkədə Prezidentinin yanında olan, təxribatların üzərinə gedən, diaspor fəallarını və diaspor təşkilatlarını aktiv gücə çevirmək zəruriyyəti gündəmə gəlmişdir. Avro-Atlantika Azərbaycanlılar Tərəfdaşlıq Şurası hər zaman Azərbaycan Dövlətinin və onun Prezidentinin yanındadır və hər hansı bir təxribatlara qarşı mübarizəyə hazırdır", - o fikrini yekunlaşdırıb.
Kənan İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Avropada 14 şahmatçımız mübarizə aparacaq
05 Mart 2025 10:26
Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq
28 Oktyabr 2026 12:36
Miqrasiya böhranı həll olunmadı: Avropada radikal sağ yüksəlir
17 Dekabr 2024 17:07
Avropada nadir torpaq çatışmazlığı ilə mübarizə
04 İyun 2025 20:00
Azərbaycan çempionatı Avropada 22ci İdman və Biz
04 Yanvar 2025 17:59
Baxış sayı:146
Bu xəbər 25 Fevral 2026 10:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları