Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Miqrasiya böhranı həll olunmadı: Avropada radikal sağ yüksəlir

Miqrasiya böhranı həll olunmadı: Avropada radikal sağ yüksəlir

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ekspertlər Avropa ölkələrindəki miqrasiya böhranını qiymətləndirib. Miqrasiya böhranının Avropada radikal sağın yüksəlişini davam etdirdiyini bildirən mütəxəssislər, bu vəziyyətin populist partiyaların mövqelərini gücləndirdiyini vurğulayıb.

Qaynarinfo xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) elan etdiyi "18 dekabr Beynəlxalq Miqrantlar Günü" münasibətilə Avropadakı miqrasiya böhranı müzakirə edilib.

Mütəxəssislər miqrasiya böhranının hələ də həll olunmadığını və bunun nəticəsində radikal sağın yüksəlişinin davam etdiyini bildirərək, mərkəz partiyalarının miqrasiya siyasətlərini izah etməkdə uğursuz olduğunu və bu uğursuzluğun populist sağ partiyaların əlini gücləndirdiyini qeyd ediblər.


"Miqrant qorxusundan istifadə edirlər"

"Avropanın dostları" (Friends of Europe) adlı düşüncə mərkəzinin qurucusu Kaylz Merrit miqrasiyanın Avropa siyasətini yenidən formalaşdırdığını dryib: "Brexit səsverməsi ilə Britaniyanın Avropa İttifaqından (Aİ) çıxışı əsasən miqrantlara qarşı duyğulardan qaynaqlandı. Eyni təsiri Fransa, Almaniya, İtaliya və daha az miqyasda İspaniya və Niderlandda da görürük".

Merrit miqrantların Aİ-nin işçi qüvvəsinə töhfəsindən bəhs edib: "Populist partiyalar insanların miqrant qorxusundan istifadə edir və vəziyyəti daha da pisləşdirirlər. Problem müxtəlif miqrasiya növləri arasında fərq qoyulmamasıdır. Avropa qocalır və yaxın zamanda əhalisi azalacaq. İşçi qüvvəsinə ehtiyac var. Azalan doğum səviyyəsini əksinə çevirmək üçün gənc ailələrə ehtiyac var. Çünki daha çox insan olmadan iqtisadi inkişafı davam etdirəcək vergi gəlirləri və işçi qüvvəsi olmayacaq".


"Uzunmüddətli perspektivdə həyat səviyyəsini yüksəldəcək"

Populist partiyaların miqrasiya əleyhinə mövqelərini seçki vasitəsi kimi istifadə etməsinə Merrit deyib: "Problem onların bu vəziyyətdən istifadə etməsi deyil, populyar olmalarıdır. İnsanlar miqrasiyanın həyat səviyyəsini aşağı saldığına inanır. Halbuki, miqrasiya uzunmüddətli perspektivdə həyat standartlarını yüksəldəcək bir təminat şəbəkəsidir".

"Avropada miqrasiyaya ən çox qarşı çıxan bölgələr miqrantların olmadığı kənd yerləridir. İnsanlar miqrasiya haqqında nə qədər az şey bilirlərsə, bir o qədər şübhəçi olur və miqrantları rədd edirlər. Mərkəz partiyalar miqrasiya əleyhinə ritorikayla mübarizə aparmaqda siyasi cəsarətdən məhrumdurlar", deyə Merrit əlavə edib.


Niderland nümunəsi

Merrit Niderlanddakı son seçkilərdə radikal sağçı Hert Vildersin partiyasının birinci olmasını şərh edib: "Vilders baş nazir deyil, lakin fikirləri ilə siyasi gündəmi təsir edir. Miqrantları deportasiya etmək üçün fövqəladə vəziyyət qanunu buna misaldır".

"Tək başına izah etmək mümkün deyil"

İnnsbruk Universitetinin iqtisadiyyat professoru Andreas Ştaynmayer 2015-ci ildə baş verən qaçqın axınının Avropada radikal sağın yüksəlişinə təsirlərinə diqqət çəkib: "Mülkiyyətin yerləşdirildiyi və yerli əhali ilə təmasın təşviq olunduğu bölgələrdə radikal sağ partiyalara dəstək azaldı. Lakin qaçqınların sadəcə tranzit etdiyi bölgələrdə radikal sağa dəstək artdı".

Ştaynmayer əlavə edib ki, mərkəz partiyalar insan hüquqlarını qoruyarkən miqrasiyanı idarə edəcək siyasətlər hazırlamadığı müddətcə radikal sağın yüksəlişi davam edə bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri