Icma.az
close
up
RU
“Biz daha çox medal qazana bilərdik” Rəhman Hətəmovun ə AÇIQLAMASI

“Biz daha çox medal qazana bilərdik” Rəhman Hətəmovun ə AÇIQLAMASI

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları davam edir. Bir sıra idman növlərində medal uğrunda mübarizə hələ başlanmayıb, digərlərində isə artıq başa çatıb.

Azərbaycan yığması üçün ilk nəticələrin yekunlaşdırıla biləcəyi növlərdən biri karate oldu. Komandanın çıxışı barədə İdman.Biz Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovdan münasibət öyrənib.

Hətəmovun sözlərinə görə, son aylar yığma üçün son dərəcə gərgin keçib:

“Son iki ayda qrafikimiz çox yüklü idi. Əvvəl MDB Oyunları, sonra dünya çempionatının lisenziya turniri, indi İslamiyadadır, noyabrın sonunda isə Misirdə dünya çempionatı var”.

O vurğuladı ki, komanda İslamiadaya tam heyətlə yollanmalı idi, lakin təşkilat komitəsinin qərarı ciddi dəyişikliklərə səbəb olub:

“Biz tam heyətlə - kumitedə beş kişi və beş qadın, katada isə bir idmançı ilə getməyi planlaşdırırdıq. Amma sonra təşkilat komitəsi qaydaları dəyişdi və heyəti tam olaraq yarıya qədər azaltmağa məcbur olduq. Karate üzrə əsas rəqiblərin Səudiyyə Ərəbistanı, Misir, İordaniya olduğunu nəzərə alsaq, mübarizə ikiqat çətinləşdi”.

Hətəmov komandanın medal şanslarına təsir edən kadr itkisi barədə də danışdı:

“Yığmanın kapitanı Asiman Qurbanlının olmaması çox hiss olundu. O, yarışların əvvəlində zədələndi. Buna görə də planlaşdırdığımızdan az medal qazandıq. Bundan əlavə, Mədinə Sadıqova və Roman Heydərov açıq şəkildə yarımfinalda haqsızlıqla uduzdular. Turqut Həsənova isə artıq ilk döyüşdə İordaniyadan dünya reytinqinin birinci nömrəsi rəqib gəldi”.

Yığmanın çıxışını yekunlaşdıran Hətəmov qeyd etdi ki, nəticə xeyli yüksək ola bilərdi:

“Biz cəmi üç medal qazandıq — bir qızıl və iki bürünc. Halbuki dediyim kimi, daha çoxunu ala bilərdik”.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri