Icma.az
close
up
RU
“Altı boksçumuz dünya çempionatında medal qazana bilər” Vüqar Ələkbərovun ə AÇIQLAMASI

“Altı boksçumuz dünya çempionatında medal qazana bilər” Vüqar Ələkbərovun ə AÇIQLAMASI

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın 2-14-də Liverpulda yeni yaradılan və Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınan “World Boxing” təşkilatının bayrağı altında keçirilən dünya çempionatından sonra dəri əlcək ustaları Dubayda analoji turnirdə bir araya gələcəklər.

BOK tərəfindən tanınmayan keçmiş IBA-nın bayrağı altında keçiriləcək bu dünya çempionatı bir sıra məqamlarla diqqət çəkəcək.

Burada təxminən 120 ölkənin nümayəndələri iştirak edəcək. Bu isə təsadüfi deyil. Çünki 8 milyon ABŞ dolları - həvəskar boks tarixində rekord mükafat fondu hesab olunur. Çempionlara 300 min dollar, gümüş və bürünc mükafatçılara isə müvafiq olaraq 150 min və 75 min dollar veriləcək.

Azərbaycan millisinin baş məşqçisi Rövşən Xocayevin rəhbərliyi altında 11 idmançı ilə təmsil olunduğu bu yarışda boksçularımızdan nə gözləmək olar?

Bu barədə öz proqnozunu İdman.Biz-ə 2000-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı, tanınmış keçmiş boksçu Vüqar Ələkbərov bildirib.

“Düşünürəm ki, uşaqlar üçün çox çətin olacaq. Ən azı ona görə ki, bu dünya çempionatında iştirak edən hər bir boksçu böyük mükafat fondundan pay götürmək üçün öz şansından maksimum yararlanmağa çalışacaq. Üstəlik, çox şey püşkatmadan asılı olacaq - püşk hər bir boksçumuz üçün nə dərəcədə əlverişli olacaq? Amma inanıram ki, ən azı altı nəfər - Sübhan Məmmədov (48 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Sarxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80 kq), Alfons Dominqes (86 kq) və Məhəmməd Abdullayev (92 kq-dan yuxarı) medal qazanacaq. Onlardan kimsə çempion ola biləcəkmi - bu isə artıq hər birinin özündən, iradəsindən və öz gücünə inamından asılıdır”, - deyə Vüqar Ələkbərov vurğulayıb.

Vüqar Vüqarlı

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri