“Biz Donald Trampı dəyişməyəcəyik, lakin ona cavab verə bilərik”
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Almaniyanın keçmiş kansleri Angela Merkel avropalı siyasətçilərin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla necə ünsiyyət qurması ilə bağlı tövsiyələrini paylaşıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, onun sözlərini Frankfurter Allgemeine Zeitung (FAZ) yayıb.
...Biz Donald Trampı dəyişməyəcəyik, lakin ona cavab verə bilərik.
Bunu Merkel qeyd edib. Onun sözlərinə görə, avropalı siyasətçilər birləşməli və yeni Amerika liderinin inauqurasiyasından sonra Birləşmiş Ştatlara qarşı daha inamlı davranmalıdırlar.
Keçmiş kansler həmçinin Trampı ölkəsinin maraqlarını müdafiə edən qeyri-adi prezident adlandırıb.
Merkelin fikrincə, Tramp hər iki tərəfin faydalandığı situasiyalara inanmır: onun fikrincə, həmişə qaliblər və uduzanlar olur.
Daha əvvəl sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri və kansler namizədi Alice Veidel Merkelin öz siyasəti ilə Almaniyanı məhv etdiyini bildirmişdi.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 Yanvar 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















