Icma.az
close
up
RU
İran Donald Trampı öldürmək istəmişdimi?

İran Donald Trampı öldürmək istəmişdimi?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı məmurların, eləcə də, İranlı məmur və analitikin sözlərinə görə, Tehran oktyabrda ABŞ prezidenti Co Baydenə mesaj göndərib, prezidentliyə namizəd Donald Trampı öldürmək istəmədiyini bildirib.

Bizimyol.info The New York Times nəşrinə istinadla yazır ki, İran "Vaşinqtonla münasibətlərdə artan gərginliyi zəiflətmək məqsədilə, belə bir addım atmaq fikrində deyil.

Vaşinqtona vasitəçi üzərindən Tehrandan göndərilən bu cavabı məqalə müəllifləri Julian Barnes və Farnaz Fassabi prezident Baydenin sentyabrda verdiyi notaya cavab kimi şərh ediblər: "Həmin notada İrana xəbərdarlıq edilirdi ki, o zaman Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampın həyatına İrandan qaynaqlanan istənilən sui-qəsd Birləşmiş Ştatlara qarşı aqressiya, müharibə aktı hesab olunacaq".

Məqalədə yazılır ki, Tramp noyabrın 5-də prezident seçiləndən bəri bir çox keçmiş İran məmurları, ekspertlər və kütləvi informasiya vasitələri Tehranın yeni seçilmiş prezident Donald Trampla işbirliyinə can atmasına və barışıq mövqeyi tutmasına açıq tərəfdar çıxıblar. Hərçənd Trampın tərəfdarları İran əleyhinə sərt təzyiq siyasətini bərpa etməyə çağırıblar.

ABŞ rəsmi şəxsləri iddia etmişdilər ki, Tehran "Donald Trampı öldürməyə cəhd göstərib". Motiv kimi də İran hərbi, proksi güclərinin komandiri general Qassem Süleymaninin öldürülməsinə görə qisas ehtimalı irəli sürülüb. 2020-ci ildə Süleymaninin məhz Trampın birbaşa əmri ilə vurulduğu önə sürülür.

ABŞ Ədliyyə Nazirliyində Trampa sui-qəsd cəhdi ilə bağlı iki cinayət işi qaldırılmışdı. İttiham aktlarında göstərilirdi ki, bunların arxasında İran durur.

Məqalədə çox müəmmalı, şifrəli mesajlar verilir. Amerikada prezident seçkisi ili ərəfəsində HƏMAS İsrailin ərazisinə hücum edir, xeyli sayda İsrailli öldürülür, yaralanır, girov götürülür. Ardınca İsrailin Qəzzaya genişmiqyaslı hücumu başlayır. Bölgə, demək olar, tamamilə dağıdılır. Daha sonra İsrail İranın proksi gücü olan Livanda Hizbullahın bazalarını vurur, liderlərini öldürür, "peycer əməliyyatı" vasitəsilə terror təşkilatında ağır tələfata nail olur. Eləcə də, İranda HƏMAS-ın siyasi lideri İsmayil Haniyəni, Livanda Hasan Nəsallahı, başqa Hizbullahçı komandirləri aradan götürür. İrandakı hərbi obyektləri bombardman edir. Bayden administrasiyası isə İsrailə kömək etsə də, hər iki tərəflə danışıqlar apararaq gərginliyi azaltmağa çalışır. Analitiklər arasında belə bir fikir də var ki, bu əməliyyatlar ABŞ-da Donald Trampın hakimiyyətə qayıtmasına kömək edib. Həmin mülahizələrə gör, İranın İsrail hücumları qarşısında təmkinli davranması Demokratlar Partiyası namizədinin xeyrinə işləyirdi. Bu versiyaya inansaq, müharibə simulyasiyası Trampın Ağ Evə yolunu kəsə bilməyib.

Bunlar, əlbəttə, ehtimallardır. Fakt isə bundan ibarətdir ki, seçkilərə az qalmış Donald Trampa dəfələrlə sui-qəsd cəhdləri olub, bununla bağlı ABŞ Baş prokurorluğunda cinayət işləri var.

Məqalə müəllifləri yazır ki, İran Baydenə mesajında Trampı öldürmək istəmədiyini bildirib. O zaman suallar çıxır: bunu İrandan kimsə istəyib, o, imtina edib, yoxsa İran özü, ümumiyyətlə, belə bir istəkdə olmayıb?

Daha bir fakt odur ki, bu uğursuz "sui-qəsd" cəhdləri, əksinə, Trampın reytinqini daha da yüksəldib. O zaman Donald Trampın həyatına uğursuz sui-qəsd cəhdləri daha çox kimin işinə yarayırdı? Əgər həqiqətən öldürmək istəsəydilər, bunu edərdilər. Ancaq ya Trampın qarşısını kəsmək istəyən güclər onu, yaxud tərəfdarlarını qorxudub, kampaniyanı zəiflətmək istəyib, ya da Trampın Ağ Evə qayıtmasını istəyən qüvvələr keçmiş prezidentin əzabkeş obrazını yaradıb, reytinqini yüksəltmək istəyib. Hər iki halda da ya İranın özündən, ya da, sadəcə, adından istifadə olunub. İstənilən halda bu sui-qəsdlər planlaşdırılmış kəşfiyyat əməliyyatları olub. Məqsəd Trampı məğlub etmək olubsa, bu, göründüyü kimi, alınmayıb, qalib etmək olubsa, o halda əməliyyatın uğurla nəticələndiyini deyə bilərik.

Seyid Əhmədli, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri