Icma.az
close
up
RU
Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq Paşinyan

Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq Paşinyan

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda müstəqilliyin ilk günündən bəri sülh olmayıb.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, 2018-ci ildə hazırkı hökumət hakimiyyətə gələnə qədər Ermənistanda sülhün olduğu, indiki hökumətin isə addımları ilə müharibə gətirdiyi barədə iddiaları şərh edib.

“Bizdə müharibə var idi, çünki hər il ölənlər və yaralananlar olurdu. Əsgərlərin öldüyü və yaralandığı yerdə siz harada sülh görmüsünüz? Bizdə sülh yox idi, daimi müharibə və müharibənin başlanmasının daimi təxirə salınması var idi. Bu təxirəsalmanın son müddəti isə 2016-cı ilin Aprel müharibəsi ilə elan olundu. Amma çox vacibdir ki, Aprel müharibəsindən əvvəl Qarabağ məsələsinin həlli ilə bağlı tamamilə yeni təkliflər paketi təqdim edilmişdi və bu paket artıq hamımıza məlumdur, həm də dərc olunub”, - deyə Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının seçkiqabağı kampaniyasının başlanğıcı ərəfəsində bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin həlli çərçivəsi hələ 1996-cı ildə keçirilən Lissabon Sammiti zamanı müəyyənləşdirilmişdi və həmin vaxta qədər Qarabağ məsələsi artıq həll edilmiş hesab olunurdu.

Paşinyan bildirib ki, bütün bu gecikmələr və təxirəsalmalar ilk növbədə Ermənistan məsələsinin həllinə, yəni erməni dövlətinin yaranmasının qarşısını almağa yönəlmişdi.

“Biz də məhz bunu anladıq və çox tez başa düşdük ki, Ermənistan tələyə düşüb. Bizim vəzifəmiz Ermənistanı bu tələdən çıxarmaq idi. Verdiyimiz qurbanlar və itkilər bahasına Ermənistanı bu tələdən çıxardıq və əsas məsələ də budur. Qurbanların əbəs olduğunu deyənlər anlamırlar ki, bu tələdən çıxan erməni dövlətçiliyi olub”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə qarşılarında duran ssenari Ermənistan Respublikasının suveren dövlət olmaması idi; ən yaxşı halda müxtəlif yerlərdən “nəfəs almaq üçün icazə alan” banan dövləti statusunda qalması nəzərdə tutulurdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri