Icma.az
close
up
RU
Paşinyan Ermənistanı kütləvi həbsxanaya çevirir...

Paşinyan Ermənistanı kütləvi həbsxanaya çevirir...

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Erməni baş nazirin siyasi rəqiblərinə və dini qurumlara qarşı kütləvi repressiyalarına Qərbdəkilər “kor” olublar”

Ermənistanda təkcə son bir ayda törədilən kütləvi həbslər, dini institutlara qarşı aparılan “səlib yürüşü” insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşayiət olunur. Amma nədənsə Azərbaycana qarşı olmayan faktlarla hücum edib “insan hüquqlarının keşikçisi” kəsilənlər İrəvandakı bu acınacaqlı vəziyyətə səslərini də çıxarmırlar. Bu, açıq-aşkar ikili standartların güzgüsüdür.
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın yenicə İrəvana səfər etməsi və baş verən dəhşətli pozuntularla bağlı bircə kəlmə də danışmaması Qərbin artıq iyrənc hala gəlmiş ikili siyasətinin üfunətli şəkildə davam etdiyini göstərir. “Diqqət edin, Avropa ittifaqının Ali nümayəndəsi Ermənistana gəlir və baş vermiş kütləvi həbslər, dini sektaya qarşı və sahibkarlara qarşı kütləvi həbslər barədə ağızucu belə danışmır. Nikol Paşinyan siyasi rəqiblərinə qarşı açıq-aşkar kütləvi həbslər reallaşdırır. Deputat toxunulmazlığı olan şəxslərin həbsi, sahibkar Samvel Karapetyanın əmlaklarının şəxsi istəklə “milliləşdirilməsi” və özünün həbsə atılması Ermənistan konstitusiyasının və demokratik prinsiplərin ciddi şəkildə pozulması deməkdir. Eçmiədzinə və orada təmsil olunan yüksək rütbəli kilsə rəhbərlərinə qarşı kampaniya isə dini azadlıqların və vicdan azadlığının pozulması kimi qiymətləndirilməlidir.
Maraqlıdır ki, bu cür hadisələrə nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən, nə də Avropa Şurası və digər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən bircə kəlmə də münasibət bildirilmədi. Üstəlik Yekaterenburqda Rusiya hakimiyyət orqanları tərəfindən vəhşicəsinə öldürülən azərbaycanlılar barədə də heç bir beynəlxalq təşkilat kiçicik bəyanat belə yaymadı. Səbəb? – yenə də ikili standartlar iyrəncliyi. Halbuki, Azərbaycanda ən kiçik inzibati hadisə belə baş verdikdə, həmin qurumlar bir-birinin ardınca bəyanatlarla çıxış edir, tələblər irəli sürür və hesabatlar hazırlayırlar. Görünür, biz daha bir neçə əsr Qərbin iyrənc qoxuyan bu ikili standartlar siyasəti ilə yanaşı yeriyəcəyik...
Çünki yaşadığımız hazırkı zamanda beynəlxalq hüquq prinsipləri beynəlxalq münasibətlər sistemi üçün artıq lazımsız kağız tullantısından başqa bir şey deyil. Kim güclüdür və onun maraqları nəyi diktə edirsə, məhz o cür də hərəkət olunur. Aparıcı güclər yalnız öz maraqlarına cavab verəcəyi təqdirdə bu lazımsız kağız tullantısını götürüb masanın üstünə sərirlər, başqa hallarda isə beynəlxalq hüququ yumarlayıb zibilliyə tullayırlar, vəssalam!
Axı beynəlxalq hüquq prinsipləri bütün dövlətlərə eyni məsafədə dayanmağı tələb edir. Amma öz çirkin maraqlarına və planlarına görə Ermənistanın daxili repressiya siyasətinə göz yumanlar üçün “demokratiya”, “beynəlxalq hüquq” anlayışları ikinci plandadır. Fakt budur ki, Ermənistanda müxalifətə, medianın sərbəst fəaliyyətinə, ictimai fəallara və indi də dini liderlərə qarşı təzyiqlər sistemli hal alıb, amma heç kəs Nikol Vavayeviçə “dur” demir. Bəs harda qaldı o “demokratiya vicdanı”?

Açıq-aydın görünür ki, baş nazir Nikol Paşinyan onun əleyhinə gələnilki seçkinin nəticələrinə təsir edə biləcək qüvvə və şəxsləri bəribaşdan zərərsizləşdirməyə girişib. Erməni baş nazir son addımları və qanunu ayaq altına sərən kütləvi həbs dalğası ilə Ermənistan üçün növbəti və uzun müddətli tiran kimi meydana çıxmağa hazırlaşır. Əlbəttə, təkcə Qərbin deyil, həm də qələbə paradı üçün qaça-qaça getdiyi Kremlin “xeyir duası” ilə...

Mətləb Salahov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri