Icma.az
close
up
RU
“Biz heç nə vermək istəmirik...” “Mübarizəmiz də elə buna görədir”

“Biz heç nə vermək istəmirik...” “Mübarizəmiz də elə buna görədir”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-la aparılan danışıqlar nəticəsində sülh planının ilkin 28 bənddən 20 bəndə qədər azaldığını bəyan edib.

“AzPolitika” bildirir ki, o, plandan Ukrayna üçün ən mübahisəli şərtlərin çıxarıldığını qeyd edib.

Prezident çıxarılan bəndlərin hansılar olduğunu dəqiqləşdirməsə də, ərazi məsələləri ilə bağlı hələlik kompromisin tapılmadığını vurğulayıb.

Jurnalistlərlə söhbətində Zelenski, Ukraynanın nə ölkə Konstitusiyasına, nə də beynəlxalq hüquqa görə öz ərazilərini güzəştə getmək hüququnun olmadığını vurğulayıb.

"Şübhəsiz ki, Rusiya ərazilərimizi geri verməyimizi tələb edir. Biz isə qətiyyən heç nə vermək istəmirik - mübarizəmiz də elə məhz buna görədir”, - deyə Zelenski bildirib.

O, Ukrayna tərəfinin dekabrın 9-da sülh planı üzərində işi yekunlaşdıracağını və onu ABŞ-a göndərəcəyini əlavə edib. Zelenski deyib: "Müşavirlər Ümerovun gətirdiyi planın son versiyası üzərində Avropalı müşavirlərlə birlikdə işləyəcəklər. Düşünürəm ki, sabah plan hazır olacaq, biz ona bir daha baxıb ABŞ-a göndərəcəyik".

Məlumatlarda qeyd olunur ki, danışıqlar əvvəllər Donbassın gələcəyi məsələsinə görə dalana dirənmişdi.

"Politico" nəşri bildirir ki, Rusiya Ukraynadan ərazilərdən imtina etməyi tələb edir, Ukrayna isə istənilən sülh sazişinin müharibənin mövcud mövqelərdə dondurulmasını nəzərdə tutmasında israrlıdır.

Danışıqların gedişatı ilə tanış olan yüksək rütbəli avropalı bir rəsmi "Politico"ya açıqlamasında bildirib: "Amerikalılar Ukraynanın Donbassdan... bu və ya digər şəkildə çıxmasını tələb edirlər".

Qeyd edək ki, ABŞ planının ilk versiyası (rəsmi yayımlanmasa da, media tərəfindən dərc olunmuşdu) bütün Donbassın Rusiyaya verilməsini, Ukrayna qoşunlarının Donetsk vilayətinin nəzarət etdikləri ərazilərdən çıxarılmasını və Xerson və Zaporojye vilayətlərində döyüşlərin təmas xətti boyunca dondurulmasını nəzərdə tuturdu.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri