Şarabutdin Maqomedovla mübarizəmiz maraqlı olacaq
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliyalı MMA idmançısı Mişel Pereyranın Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirindəki görüşü çox maraqlı alınacaq. Sport24.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
Döyüşçü onu Rusiya təmsilçisi Şarabutdin Maqomedovla maraqlı mübarizənin gözlədiyini deyib:
"Həmin gün maraqlı döyüş alınacaq. Bizi çətin mübarizə gözləyir. Rəqibimi məğlub etməliyəm. Biz döyüşə hazırlaşırıq və bunun üçün möhkəm olmalıyıq".
M.Pereyra şəxsi həyatı barədə danışıb:
"Fanatlar mənim haqqımda çox şey bilirlər. Sosial şəbəkədə paylaşımlar edirəm. Həyatım açıq kitab kimidir".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 İyun 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















