Icma.az
close
up
RU
Biz ifadə azadlığını kinomuza gətirmək istəyirik Azər Aydəmir

Biz ifadə azadlığını kinomuza gətirmək istəyirik Azər Aydəmir

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, "Əqrəb mövsümü" serialında vəkillərlə bağlı təhqiramiz ifadələr işlədilib.

Metbuat.az xəbər verir ki, serialda müstəntiq Rauf Eyvazov obrazını canlandıran aktyor Azər Aydəmir tənqidlərə səbəb olan bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, hörmətli vəkillərimizin bədii materiala həssaslıqla, emosional şəkildə yanaşması və həmin materialı həqarət kimi qəbul etməsi çox üzücüdür:

“Bu, Beynəlxalq Coğrafiya Cəmiyyətinin “düzplanetçilərə” qarşı fikir bildirməsinə və ya onlarla polemikaya girməsinə bənzəyir. Vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir. Hörmətli vəkillərimizin “Əqrəb mövsümü 2 dünya 1 olsa da” serialında hansısa sifariş xarakterli bir əməl, yaxud fikir axtarması, vəkillərin nəyəsə və kiməsə “alət edilməsi” düşüncələrini irəli sürməsi hörmətli vəkillərimizin “konspirologiya”ya inanmasına dəlalət edir. Bu da çox xoşagəlməz işdir. Əgər biz hüquq və qanunlardan danışırıqsa, burada konspirologiyaya yer vermək, ən yumşaq halda, qeyri-peşəkarlığın göstəricisidir”.

Aktyor qeyd edib ki, müstəqillik tariximizdə “oğraş vəkil”, “qansız həkim”, “rüşvətxor hakim”, “avara polis” olduğu kimi, “şərəfsiz rejissor” və “namussuz ssenaristlər” də var:

“Sadəcə qanunun aliliyi, karmanın ədaləti onları araşdırıb ortaya çıxarır və ədalət öz hökmünü oxuyur. Sadaladığım vəzifə sahiblərinin yaxşıları və peşəkarları da varmı? Təbii ki, var və şükürlər olsun ki, onlar çoxluq təşkil edir! Son dövrlərdə aparılan kadr islahatları bunun bariz nümunəsidir. Böyüyən, inkişaf edən və sürətli urbanizasiyaya məruz qalan cəmiyyətimiz bu cür xoşagəlməz hallarla hələ tez-tez qarşılaşacaq. Bu bir təkamül prosesidir. Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır. Elə çıxır ki, siz buna inanmırsınız?! Bu da məyusluq doğurur. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Çünki nə də olmasa siz məndən çox bilirsiniz axı. Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox. Siz axı hüquqşünassınız. Siz bunları sıravi tamaşaçıdan daha tez sezməlisiniz. Möcüzə adı verilən kinoda bunlar bilirsinizmi niyə baş verir? Çünki hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır. İnsan talelərindən bəhs edilir. İnsan faktoru da hər zaman sovet propaqandasının təşviq etdiyi “Dyadya Styopa” ola bilməz. Əyər-əskiklərimizlə bir kino adında ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, bədii aynadır. Kinodur yəni... Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Biz sizin emosional istirahətiniz üçün çalışırıq. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see233

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see225

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see171

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see133

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri