Icma.az
close
up
RU
Azər Aydəmir nəyi pislədi?

Azər Aydəmir nəyi pislədi?

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

News24.az Azər Aydəmirin müsahibəsini təqdim edir:

-Azər müəllim, axır ki, “Otel Loo” filmini qala gecəsi həyata keçdi. Sizcə uğurlu alındımı?

-Eksperimental komediya janrı dünya üçün yeni olmasa da, Azərbaycan kino camiyasında yenilikdir. Filmimizin sujet xətti lokal məkanda baş verən situasiya komediyasıdır. Son 10 ildə Azərbaycan kinosunda ən uğurlu nümunələr qrotesk komediya üslubunda idi. Hesab edirəm ki, artıq bu janrı dəyişməyin vaxtıdır. Çünki qroteks janrı ötən əsrin 70-80-ci illərində qaldı. Yaradıcı insanlar arasında, situasiya komediyasının uğurlu alınacağına şübhə ilə yanaşanlar da yetərincədir. Amma premyeramızdan sonrakı müddətdə biləcəyik ki, tamaşaçı bu janrı necə qiymətləndirəcək. 

-Baş rol aldığınızın ekran əsərinin əsas leymotivi xəyanətdir. Bu filmi ölkəmizdə həndəsi silsilə ilə artan xəyanətlərə bir etiraz kimi də başa düşə bilərikmi?

-Əlbəttə ki, bu yumor ilə güzgü və etirazdır. Onu da vurğulayım ki, xəyanət bütün zamanlarda aktual olub. Sadəcə son illərdə sosial şəbəkələr vasitəsilə xəyanət məsələsi daha qabarıq şəkildə önə çıxdı. 

-Həm bir kişi, həm də sənətkar kimi ölkəmizdə xəyanətin “çiçəklənmə”sini nədə görürsüz və bu xoşagəlməz halın azalması üçün nələr etmək olar?

-Şəkil göstərməklə qız-oğlan bəyənmək, valideyn diktəsi ilə evlilik və digər bu kimi nüasnlara görə qurulan ailə tendensiyasını sonlandırmalıyıq. Maddi maraqlar həmişə rol oynasa da, hər şeyi pula bağlamaq da olmaz. Münasibətlərə sağlam diskussiya, müzakirə, səmimiyyət, əsas da məişət səmimiyyəti qatmaq lazımdır. İnsanlar bir-birlərinin komplekslərindən çəkinmədən hər şeyi açıq olaraq müzakirə etməlidirlər. Şərtlər düzgün kəsilsə, sevgi və digər sağlam münasibətlər əsasında evlilik olsa, xəyanətlərin də sayı bir xeyli azalacaq. 

-Azər Aydəmiri qarşıda hansı filmlərdə görəcəyik?

-Hazırda “Əqrəb mövsümü” serialının ikinci mövsümü qarşıdakı 3 ayda davam edəcək və həftədə bir dəfə nümayiş etdiriləcək. Bundan başqa Xocalı qətliyamı ilə Şuşanın azad edilməsindən bəhs edən “Doğma torpaq” filmində və Bakı Media Mərkəzinin istehsalı olan müharibə janrında olan “Borc” kinosunda da rol almşam. Hər iki ekran əsərinin bu il təqdimatı olacaq. Qısası, karyeramda hələlik müharibə filmləri üstünlük təşkil edəcək. 

Operativ24.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Fevral 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri