Icma.az
close
up
RU
Biz niyə obyektiv deyilik?

Biz niyə obyektiv deyilik?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dilimizdə belə bir məsəl var: "Heç kəs öz ayranına turş deməz".

Bu nə deməkdir? O deməkdir ki, insan özünə tənqidi yanaşa bilmir. Öz qüsurlarını ya görmür, ya da görmək istəmir. Bu, ən çox siyasətdə özünü göstərir: hər kəs işin ən doğrusunu "görür", sözün ən doğrusunu "deyir".

Birini düşmən olaraq qazanmaq üçün bircə dənə yanlışını de, dur qırağa. Gör, səni necə "ağ yuyub, qara sərir".

Hamı yanlışı başqasında axtarır. Ona görə elliklə bir məsəl də quraşdırmışıq: "Öz gözündə tiri görmür, özgənin gözündə tük axtarır".

Siyasətimiz halına ağlanacaq durumdadır. Çünki, əvvəl də dediyim kimi: siyasətimiz sağlam rəqabət səviyyəsinə qalxmadı, şəxsi düşmənçilik dərəcəsinə endi.

Bir-birimizi rəqib, opponent yox, düşmən gözündə görürük. Çünki nə özümüzə qarşı obyektivik, nə özgəyə qarşı.

Pisə "pis" deməyi pis bacarmırıq, amma yaxşıya da "yaxşı" deməyi yaxşı bacarmalıyıq axı.

Yeri gəldi-gəlmədi, tənqid etməyə aludə olmuşuq, ancaq yeri gələndə təqdir etməyi "unutmuşuq".

Bəli, biz bir çox sferalarda, bəzi parametrlərə görə, öz bölgəmizdə bizdən kiçik qonşularımızdan geri qalırıq. Məsələn, az qazanıb, çox xərcləyirik.

Deyə bilərsiniz, az qazandığı halda insan necə çox xərcləyə bilər?

Baxın, ölkəmizdə kimin vəzifə səlahiyyəti varsa, dövlət malına, puluna kimin əli çatırsa, çoxu çalıb-çapmağa meyllidir; korrupsiya buna görə xərçəng xəstəliyi kimi metastaz verib. Yerdə qalan əksəriyyət isə ya bir-birinə borcludur, ya da bankların borc boyunduruğundadır.

İndi bunu ayrı-ayrılıqda kimə desən, sənə düşmən olacaq.

Siyasətdə hərənin öz troll "ordu"su var. Bir fərqli mülahizə, bir tənqidi fikir deyənin üstünə dərhal elliklə hücum edirlər.

Sosial mediada bu, daha aydın görünür: iqtidar olsun, ya müxalifət, fərq etməz, hərənin öz sosial media "əsgər"ləri öz liderinin ətrafına "ətdən çəpər çəkir". Hamısı da eyni cür "silahlanıb": topu şantaj, bombası böhtan, gülləsi təhqir...

Məsələn, biz niyə dünyada bu qədər günahsız məhbusla anılaq deyə sual edəcəm, yaxud niyə rəqəmləri şişirtməyə hələ də belə öyrəncəliyik deyəcəm, bir çoxlarının xətrinə dəyəcək. Eləcə də hansı düşərgədən olursa-olsun, siyasi kimliyi olanların, eləcə də, cəmiyyətin bəlli kəsimlərinin bu qədər snabizmə - şahsevənliyə yuvarlanması yanlışdır deyə fikrimi bildirəcəm, yenə bir çox insana xoş getməyəcək.

Yox, cəmiyyət olaraq, bu yolla uzağa gedə bilmərik. Toplum təfəkkürü daşlaşmış yanlış paradiqmalardan yapışıb qaldıqca, bu ağırlıq altında əzilə-əzilə gedəcəyik.

Adamların çoxu, illah da "öndə gedənlər" hələ də keçmişdə yaşamaqda davam edirsə, bu ölkəyə gələcək vaxtından çox gec gələcək. Əgər hələ gələcəksə.

Hərə özünə balaca, xudmani "dünya" yaradıb və orda dünyadan xəbərsiz, "xoşbəxt" yaşamaqda davam edərsə, heç nə dəyişməz, heç nə gəkişməz.

Tanınmış bir siyasətçinin dediyi kimi, bəzi fikirlər o qədər dəyişməz qalır, o qədər köhnəlir ki, artıq "ağızda iylənir".

Bu, doğrudan da, belədir. Yaxşı bir deyim var: "Bir dəlilər, bir də ölülər fikrini dəyişmir".

Bəzi inzanlara öz fikrini dəyişmək az qala dünyasını dəyişmək kimi qorxuli görünür. Ancaq anlamaq istəmir: dünya dəyişir, şərtlər dəyişir. Əgər illərlə, onillərlə getdiyin yol özünə və özgəyə bir xeyir gətirmirsə, deməli, ən azı bir yerdə, heç olmasa, bir hovur nəfəsini dərib düşünməlisən. Öz fikrindən, öz yolundan şübhə etməlisən. Başqa fikirlərə dirəniş göstərmək əvəzinə, diqqət ayırmalısan, qulaq verməlisən. Saf-çürük etməlisən. Gərəkdirsə, öz paradiqmalarını dəyişməlisın. Burda qorxulu və ya qəbahətli bir şey yoxdur.

Ancaq yox, reallığımız başqadır. Biz obyektiv ola bilmirik; fikri iradəmiz iflicdir. Acı gerçəyi olduğu kimi görmək əvəzinə, şirin xülyalara sığınıb "rahat" gün keçirməyi üstün bilirik. Dayanmadan yalan vədlər üyüdən "siyasi dəyirmanlar" ona gözüyumulun inanan insanları uyutmaqda davam edir.

Biz niyə beləyik axı?! Nə zamana qədər belə olacağıq?!

Bu suallar ətrafında bir az düşünək bəlkə. Cəmiyyət olaraq düşünək.

Dəfələrlə özüm deyib, özüm eşitmişəm: biz sağlam müzakirə müstəvisini itiririk, xəbəriniz olsun! Bir-birimizi dinləmək və anlamaq bacarığını itiririk!

Gerçəklər bu qədər ağırdır və insanı ağrıdır.

Bunları açıb demirsən, deyirlər, niyə susursan? Deyirsən, "pis kişi" olursan...

Bax, elə ona görə də Şair belə deyirmiş:

"Dilimin ucunda köz olan sözü

Desəm öldürərlər, deməsəm, ölləm"...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see291

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see258

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see234

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see233

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see232

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see229

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see223

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see220

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see216

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see213

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see195

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see189

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? Tramp açıqladı

22 Sentyabr 2026 20:19see174

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

22 Sentyabr 2026 20:44see173

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see172

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see171

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see165

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see165

Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır Video

22 Sentyabr 2026 20:31see162

Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi Video

22 Sentyabr 2026 20:31see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri