Biz Qarabağ hərəkatını davam etdirmirik Pasinyan
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Biz Qarabağ hərəkatını davam etdirmirik, fərqli yolla gedirik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar:
“Hazırda demarkasiya prosesi aparılır. Sərhədin demarkasiyası qaydaları artıq hər iki ölkədə ratifikasiya olunmuş sənədlərdə öz əksini tapıb. Almatı Bəyannaməsi əsas prinsip kimi götürülüb. Bu kontekstdə Qarabağ hərəkatını davam etdirmədiyimizi, başqa yolla getdiyimizi deyirik.
Yəni sərhəd hadisələri ilə bağlı yanaşma da dəyişməlidir. Biz Azərbaycana sadəcə açıq şəkildə deyil, diplomatik kanallar vasitəsi ilə də müzakirələrə başlamağı təklif etmişik”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Mart 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















