Biz Qarabağ ı özünə uyğun olmayan oyuna məcbur etdik Ernesto Valverde
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində səfərdə "Atletik"ə 1:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Atletik"in baş məşqçisi Ernesto Valverde keçirilən mətbuat konfransında bunları qeyd edib:
" Bizə erkən qol vurulsa da, sakitliyimi qorudum. Qarşımızda hələ bütün oyun var idi. Oyuna bir qədər tələsik başladıq, sanki ikinci qolu birincidən əvvəl vurmaq istəyirdik. Amma epizodlar yaratmağa davam etdik və bu, həlledici amil oldu. Bir anda nəzarəti itirdik və rəqib cərimə meydançamıza yaxınlaşmağa başladı. Fasiləyə qədər hesabı bərabərləşdirməyimiz vacib idi, çünki nəticədə geridönüş edə bildik. Bizim üçün qələbə çox önəmli idi. Qollar vurduq və oyunun taleyini dəyişdik, bu isə Çempionlar Liqasında asan deyil.
Biz "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik. Cərimə meydançasına yaxın olduğun zaman gərginliyi rəqibə ötürmək lazımdır. Qapımıza vurulan qolda topu oyuna çıxararkən özümüzü çətin vəziyyətə saldıq, bu da hiss olunurdu, qol bir qədər qəribə alındı. Digər epizodda Yuri topu qapı xəttindən çıxardı, bu da bizim üçün çox vacib an idi”.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 23 Oktyabr 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















