“Mənim əsas narahatlığım “Qarabağ”la oyun deyil” Ernesto Valverde
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Hazırda mənim əsas narahatlığım “Qarabağ”la oyun deyil. Bizim üçün prioritet La Liqadır. Qarşıda bizi “Malyorka” ilə vacib görüş gözləyir və diqqətimizi o oyuna yönəltməliyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri İspaniya mətbuatına “Atletik”in baş məşqçisi Ernesto Valverde komandanın qarşıdakı oyunları barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Çempionlar Liqasındakı məğlubiyyətlər xoş deyil, amma bu, komandada panika və ya həyəcan yaratmamalıdır. Biz gərginliklə yox, rəqabət ruhunda oynamalıyıq. Əsas məqsədimiz daxili çempionatda sabit performans göstərməkdir. Hazırda bütün diqqətimizi La Liqaya yönəltmişik.”
Xatırladaq ki, “Atletik” ÇL-də keçirdiyi iki oyunda da məğlub olub. İspaniya təmsilçisi oktyabrın 22-də, doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 16 Oktyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















