Icma.az
close
up
RU
“Biz Qəzzada istənilən varianta hazırıq“ Pentaqon rəhbəri

“Biz Qəzzada istənilən varianta hazırıq“ Pentaqon rəhbəri

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Tramp standart düşüncə çərçivəsinə sığmayan, hər şeyi alt-üst etməyə hazır olan insandır..."

ABŞ hərbçiləri Qəzza bölgəsinə dair bütün mümkün addımları nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Hegset "Fox News" telekanalına müsahibəsində bəyan edib.

"Biz bütün variantları nəzərdən keçiririk", - o, açıq şəkildə vurğulayıb. - "Biz konkret olaraq nə edəcəyimizi və ya etməyəcəyimizi açıqlamayacağıq". Bununla yanaşı, Hegset qeyd edib ki, Tramp "standart düşüncə çərçivəsinə sığmayan", "hər şeyi alt-üst etməyə hazır" bir insandır.

Beləliklə, Pentaqon rəhbəri ABŞ-ın mövqeyini gücləndirərək, Trampın ABŞ-ın Qəzza bölgəsinə nəzarəti ələ alması təklifinə dəstək nümayiş etdirib.

"İsrail HƏMAS-ı məhv etmək istəyir və buna qadirdir", - Hegset əlavə edib. - "Prezident Tramp isə HƏMAS-ın məhv edilməsindən sonra Qəzzanın statusunun necə olacağı, hansı təminatlar veriləcəyi ilə bağlı danışıqlar aparmaq istəyir".

"Siz sülhü, İsraili məhv etməyə çalışan terrorçuları aradan qaldıraraq təmin edirsiniz", - nazir əlavə edib. - "Sülh belə təmin edilir və buna görə də mən bunu dəstəkləyirəm. Bundan sonra nə baş verəcəyi isə daha uzun müzakirə mövzusudur".

Bununla yanaşı, o, ABŞ qoşunlarının Qəzza bölgəsinə göndərilməsi ehtimalını "çox uzaq" bir perspektiv kimi qiymətləndirib. "Düşünürəm ki, biz bu məsələdən çox uzağıq", - o, deyib.

Nazirin fikrincə, belə bir qərarın qəbulundan öncə "ABŞ prezidenti, onun milli təhlükəsizlik üzrə müşaviri, müttəfiqlər və tərəfdaşlarla uzunmüddətli danışıqlar" aparılmalıdır. Pentaqon rəhbəri "ABŞ hərbçilərinin Fələstin anklavına ehtiyac olmadığı halda göndərilməsini arzulamadığını" etiraf edib.

"İsraillilər HƏMAS-a qarşı kampaniyanı başa çatdırmaq istəyir", - Hegset deyib. - "Onlar 7 oktyabr hadisələrinə görə məsuliyyət daşıyanları aradan qaldırmaq, girovları qaytarmaq istəyir. Biz isə onların müttəfiqi olaraq bu məsələdə onlara kömək etmək niyyətindəyik".

Bundan öncə xəbər verildiyi kimi, ABŞ Dövlət katibi Marko Rubio və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff isə əksinə, milli təhlükəsizlik müşaviri Mayk Uolts və Ağ Evin mətbuat katibi Karolin Livittin mövqeyini dəstəkləyərək, Trampın Qəzza üzərində nəzarət planının bəzi elementlərinə yenidən baxmağa və ya ən azından onun ən kəskin məqamlarını yumşaltmağa tələsib.

Ağ Ev bundan öncə bəyan edib ki, Tramp hələlik ABŞ qoşunlarının Qəzzaya göndərilməsi ilə bağlı yekun qərar qəbul etməyib və bu, onun Fələstin anklavı üzərində nəzarət planının mümkün həyata keçirilməsi çərçivəsində nəzərdən keçirilir.

Trampın ideyası bir çox ölkələr tərəfindən pislənilib, həmçinin Konqresdə respublikaçılar arasında fikir ayrılığına səbəb olub. Respublikaçılar ümumilikdə prezidentin xarici yardımları dayandırmaq və federal idarələrdə kütləvi ixtisarlar aparmaq kimi təşəbbüslərini dəstəkləsələr də, bu məsələdə yekdil deyil.

Hegset bəyan edib ki, Pentaqon İsrailə daha öncə ABŞ-ın müttəfiqinə təqdim etmədiyi silahları tədarük edəcək. Müdafiə nazirinin sözlərinə görə, bu silahlar İsrailin radikal düşmənlərinin zərərsizləşdirilməsində faydalı ola bilər.

Tramp artıq əvvəlki demokrat prezident Co Baydenin İsrailə 2 min funtluq aviasiya bombalarının tədarükünə qoyduğu qadağanın aradan qaldırılması barədə göstəriş verib. Bu bombaların hər biri güclü beton və metal konstruksiyaları deşməyə, eləcə də güclü zərbə dalğası yaratmağa qadirdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri