PENTAQON RƏHBƏRİ ÇİNİN MÜHARİBƏ TƏHDİDİNƏ CAVAB VERDİ: İstənilən müharibəyə hazırıq”
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Çin rəsmiləri ABŞ-ın yeni tarif tətbiqləri ilə bağlı "ABŞ-la hər cür müharibəyə hazırıq” deyirlər. Biz əlbəttə, müharibə istəmiirk, lakin bu o demək deyil ki, hazır deyilik. Hər cür müharibəyə hazırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Pete Hegseth "Fox News"a müsahibəsində deyib.
O, Çinin Vaşinqtondakı səfirliyinin verdiyi açıqlamaları da qəbuledilməz sayıb: "Məşhur söz var: sülh istəyənlər müharibəyə hazır olmalıdır! Biz müharibəyə hazırıq. Çin və ya hər hansı başqa ölkəyə qarşı çəkindirici olmaq istəyiriksə, güclü olmalıyıq. Buna görə də ordumuzu yenidən qururuq. Buna görə də döyüşçü prinsipləri əsasında çəkindirmə qüvvəsini yenidən formalaşdıracağıq. Çox fərqli ideologiyalara malik güclü, yüksələn ölkələrin olduğu təhlükəli bir dünyada yaşayırıq".
Xatırladaq ki, dünən Tramp Çinə qarşı tarixi 20 faizə qaldıırb.
Bundan sonra Çinin Vaşinqtondakı səfirliyi bənat yayaraq, Vaşinqtonu təhdid edib: "Əgər ABŞ-ın istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi, istərsə də hər hansı digər müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq"
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Mart 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















