Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Biz sülh istəyirik!

Biz sülh istəyirik!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil...

İlham Əliyev: Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək

Yeni dövrdə Cənubi Qafqaz üçün sülh artıq reallığa çevrilib. Azərbaycanın irəli sürdüyü şərtlərin mühüm əksəriyyəti Ermənistan tərəfindən qəbul edilir. Bu isə o deməkdir ki, proses nəticəyə yaxınlaşır. Bu, rəsmi İrəvanın artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul etməsi kimi dəyərləndirilsə də, İrəvanın manipulyativ mahiyyəti hələ də sülhün yaranmasına maneədir. Ermənistan özlüyündə anlayır ki, yaranan siyasi-iqtisadi reallıqlar sülhü və əməkdaşlığı aktuallaşdırır - belə bir iqtisadi platforma isə indiki zamanda bu ölkə üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş Ermənistan Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır. Amma bununla belə, həm silahlanma, həm də Ermənistanın siyasi rəhbərliyinin vaxtaşırı səsləndirdikləri qeyri-standart açıqlamalar prosesin nəticəyə varmasına mane olur.

Azərbaycanın mövqeyi isə tam şəffaf və açıqdır. Yanvarın 7-də yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bildirib ki, biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın: “Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi - bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil”.

Dialoq deyil, monoloq nəticəsində baş verdi...

Vurğulandığı kimi, Ermənistan dünyada və bölgədə gedən prosesləri düzgün qiymətləndirməlidir - əslində 2024-cü ildə İrəvanın Azərbaycanın işğal altındakı 4 kəndini azad etməsi bir daha onu göstərir ki, bu ölkənin siyasi rəhbərliyi Bakının regiondakı dominant mövqeyini qəbul edir. Əks halda 30 ilə artıq bu kəndlərin işğalını davam etdirmiş Ermənistan əraziləri azad etməzdi. Başqa sözlə, 19 aprel 2024-cü ildə yaşanan nailiyyət Azərbaycanın növbəti qələbəsi kimi tarixə yazıldı. Prezident İlham Əliyev müsahibəsində bu məqama toxunaraq bildirib ki, bu, dialoq deyil, monoloq nəticəsində baş verdi. Belə ki, Ermənistanla onilliklər ərzində dialoqun alınmaması aydındır: “Düşünürəm ki, Ermənistanı könüllü surətdə, belə desək, könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Zənnimcə, o, erməni rəhbərliyinin onlarla birlikdə Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyaları artıq yox etməli idi. Mənim Qazaxın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu, ötən ilin fevralında”.

Dövlət başçısı qeyd edib ki, son dörd ilin dərsləri, - hərçənd erməni tərəfindən onlar hələ tam dərk olunmayıb, - nəzərə alınır. “Beləliklə, bunu, həmçinin təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım hesab edirəm. Zənnimcə, bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Metodologiya üzrə yanaşmamız erməni tərəfinə təqdim edilib...

Bu, Qalib Xalqın Qalib Lideri olan Prezident İlham Əliyevin tarixi uğurudur. 2020-ci Vətən müharibəsindən başlanan yol uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi tarixi qələbələr yeni inkişaf mərhələsinin başlanğıcını qoyur. Artıq Ermənistan başqa çıxış yolunun olmadığını anlayır - sülh həm də İrəvan üçün bir xilas yoludur. Yenidən qeyri-konstruktiv addımlara əl atmaq və ya revanşist düşüncələrə qapılmaq Ermənistan üçün daha ağır nəticələr vəd edəcək. Bu səbəbdəndir ki, artıq İrəvan manipulyasiyaların işə yaramadığının, xarici havadarların dəstəyinin heç bir uğur vəd etmədiyinin fərqindədir. Ötən ilin aprelindən başlanan prosesin qarşıdakı dövrdə də davam və inkişaf etdirilməsi perspektivi olduqca böyükdür. Təsadüfi deyil ki, müvafiq delimitasiya və demarkasiya komissiyalarının ötən il ərzində ikitərəfli görüşləri baş tutub və proseslə bağlı hazırlanan Əsasnamə qəbul edilib. Bu yaxınlarda da komissiyaların növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. Dövlət başçısı bildirib ki, bu ay, bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır: “Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur”.

Zəngəzur dəhlizi açılmalıdır və açılacaq!

Sülh prosesi çərçivəsində aktiv müzakirə edilən məsələlərdən biri də yeni beynəlxalq nizamın ən mühüm detallarından biri kimi xarakterizə olunan Zəngəzur dəhlizidir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb. Qeyd edək ki, müzakirə edilən bu dəhliz müasir “Böyük İpək yolu”dur. Başqa sözlə, “Şərq-Qərb” ticarət yolunun ən mühüm seqmentlərindən biri kimi meydana çıxan Zəngəzur dəhlizi adıçəkilən tranzit xətt üzrə mühüm üstünlüklər formalaşdırır. Bu dəhliz iki kontingent arasında ən əlverişli, qısa və optimal ticarət logistikasıdır. Hazırda bir sıra regionlarda davam edən münaqişələri göz önünə gətirsək, Zəngəzur dəhlizinin aktuallığı daha yaxşı nəzərə çarpar. Bu dəhlizin açılması Şərq-Qərb kommunikasiya sisteminin daha fəal şəkildə inkişafına və inteqrasiyasına təkan verir. Günün reallığı ilə yanaşdıqda, hətta demək mümkündür ki, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin gələcək perspektivini özündə əks etdirir.

Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Azərabaycanla Naxçıvan arasında quru əlaqə formalaşdırmaqla yanaşı, digər region dövlətləri, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə həm Şərq, həm Şimal-Cənub xətti üzrə logistik imkanlara malik olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar: “Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər”.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri