Icma.az
close
up
RU
Just Security: Azərbaycan logistik mərkəzə çevrilir

Just Security: Azərbaycan logistik mərkəzə çevrilir

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məqalə sözügedən bəyannamə və onun Cənubi Qafqaz, habelə regiondankənar ölkələr üçün yaratdığı imkanlar barədə məlumat xarakterlidir. Müəlliflər vurğulayırlar ki, cari ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistna liderlərinin imzaladıqları bəyannamə uzunmüddətli münaqişəni başa çatdıraraq, regionda iqtisadi inkişaf istiqamətində yeni mərhələ açıb. Bu baxımdan "Tramp yolu" (TRIPP) layihəsinin əhəmiyyəti xüsusən diqqətə çatdırılır. Məqalə təsdiqləyir ki, gələcəkdə layihənin həyata keçirilməsi fonunda Azərbaycan Cənubi Qafqazda əsas tranzit qovşağına çevriləcək:
"Bu o deməkdir ki, Bakı Avropa-Xəzər dənizi-Mərkəzi Asiya xəttində özünün iqtisadi-ticari və logistik mərkəz rolunu daha da gücləndirəcək".
Mətndə "Tramp yolu" layihəsinin regiona yalnız iqtisadi fayda yox, eyni zamanda, ictimai-siyasi mənada töhfə verəcəyi də vurğulanır. Bildirilir ki, təşəbbüs regional qonşular arasında dinc yaşayışı vacib sayır, tərəfləri bu istiqamətdə çalışmağa çağırır:
"Ermənistanla sərhədlərin tədricən açılması və tranzitə icazə verilməsi Cənubi Qafqazda uzunmüddətli sülhə təkan verir. Bu, əlbəttə, həmçinin Azərbaycanın regional iqtisadi potensiala töhfəsidir".
Paşinyan: "Yük axınları yenidən bölüşdürülür"
Bu məqamda xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Noyabrın 5-də Rusiyadan yollanan taxıl yüklü qatar Azərbaycan və Gürcüstanın ərazilərindən keçməklə Ermənistana çatıb. Bu, 35 ildən bəri Rusiyadan Ermənistana göndərilmiş ilk yük qatarıdır. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayının sonunadək Ermənistana bu şəkildə 132 vaqon taxıl çatdırılacaq.
Məqalənin müəllifləri diqqətə çatdırırlar ki, layihə təkcə Cənubi Qafqaz ölkələrinə yox, eyni zamanda, ABŞ və Türkiyəyə də fayda gətirəcək:
"TRIPP" sayəsində Türkiyə ilə Xəzər dənizi regionu arasında Cənubi Qafqazdan keçməklə ikinci quru yolu meydana gələcək. Vaşinqton isə bu təşəbbüs çərçivəsində infrastruktur və texnologiya layihələrinə investisiya qoymaq imkanı qazanır. Bu həm də "TRIPP"ə strateji dəstək deməkdir".

(Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan, Ağ Ev, 8 avqust 2025-ci il)
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" ("Tramp yolu" / TRIPP) adlanacağını bildirib.
Öz növbəsində, Prezident İlham Əliyev Ağ Evdə birgə mətbuata bəyanatda söyləyib ki, sözügedən təşəbbüs çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq:
"Bu, həqiqətən, tarixi gündür. Qafqazda sülhü bərqərar edirik. Bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Donald Trampın da düzgün qeyd etdiyi kimi, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq".
Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan da avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında layihə haqqında danışıb. Onun sözlərinə görə, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələyə toxunulub. O bu layihələri müsbət qiymətləndirib.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Noyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see277

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see275

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see242

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see242

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see231

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see218

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see216

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see215

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see209

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see204

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see200

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see189

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see186

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see185

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see185

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see184

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see182

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see182

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see171

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri