Icma.az
close
up
RU
“Biz xəbər tapmaq üçün gecəgündüz çalışırıq”

“Biz xəbər tapmaq üçün gecəgündüz çalışırıq”

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Vüsalə Mahirqızı: “Əsas prinsipimiz yalnız və yalnız etibarlı, dəqiqləşdirilmiş məlumatları yaymaqdır”


“20 illik fəaliyyət tarixində APA ilə bağlı çox az sayda şikayət, təkzib tələbi olub. Məhkəmə müraciətini isə ümumiyyətlə  xatırlamıram”


“Bir çox həmkarlarımız yarızarafat, yarıciddi iddia edir ki, ayrı-ayrı xəbər mənbələri, dövlət qurumları və digər subyektlər əllərində olan özəl informasiyanı məhz APA-ya ötürürlər, xəbərin orada getməsinə önəm verirlər. Düşünürəm ki, bunun özü belə bir agentlik üçün böyük uğurdur. Nə xoş bizə ki, insanlar bizə güvənir...”




  Bu gün “Azəri-Press" (APA) İnformasiya Agentliyinin 20  yaşı tamam olur. 20 ildir ölkənin aparıcı xəbər agentliyi kimi ilk sıralarda irəliləyən APA ölkənin ən mötəbər istinad mənbələrindən biridir.

Agentlik 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.  APA Azərbaycan, rus, ingilis və fars dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

  Agentliyin tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir. "APA-Economics"in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır.

  20 illik fəaliyyətləri ilə bağlı “Şərq”ə müsahibə verən  “APA Group”un baş direktoru Vüsalə Mahirqızı deyib ki, internet media Azərbaycanda fəaliyyətə başlayandan Azəri-Press Agentliyi - APA adlı bir media qurumu fərqli bir fəallıqla işə başlayıb və çox qısa zaman kəsiyində diqqət çəkməyi bacarıb.


- Vüsalə xanım, “20 il bir igidin ömrüdür” - deyirlər, ötən bu illəri necə xatırlayırsınız? “APA”nı arzuladığınız məqamda görə bilirsinizmi?

- Hər kəs yeni yaratdığı saytın uğur qazanmasını, media məkanına özünəməxsus yerdə qərarlaşmasını arzulayır. APA yarananda bizim heyətin də hədəfi bu saytın Azərbaycanın, hətta Cənubi Qafqazın ən  böyük  və etibar edilən media strukturlarından biri olması idi. Mənə elə gəlir ki, biz artıq bu hədəfimizə çoxdan nail olmuşuq. Apa.az bu gün Azərbaycanda ən çox istinad olunan media subyektlərindən biridir. İlk üçlükdəyik. Hətta MEDİA Agentliyinin monitorinqinə görə,  ən çox istinad olunan agentlik məhz APA olur. Biz sadəcə ölkə daxilində  deyil, xaricdə də Azərbaycanın ən çox istinad edilən  informasiya mənbəyidir. Bir çox dillərdə tirajlanan apa.az dünya mediasının da ən çox istinad etdiyi agentlikdir.  Bu  da bizim üçün  çox sevindirici və qürurlandırıcı bir haldır. 


- APA üçün ən böyük uğur nədir? 

- APA-nın uğurları, ilkləri çoxdur. Lakin ən böyük uğurlarımızdan biri Azərbaycan mediası üçün saysız imzalar yetişdirmək, yeni imzalara həyat vermək olub. Bu gün  ölkə mediasına tanınan, peşəkar kimi qəbul olunan jurnalistlərin əksəriyyəti məhz APA-nın yetirməsidir. Hansı ki, onların bir qismi müxtəlif saytlarda redaktor,  böyük əksəriyyəti dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrində, mətbuat xidmətlərində uğurla fəaliyyət  göstərirlər. Onların bir çoxunun yolu APA-dan keçsə də, əksəriyyətinin ilk iş yeri məhz APA olub.  Bu mənada APA-nı kifayət qədər böyük və uğurlu bir media quruluşu hesab edirəm. Bütün bu nailiyyətlərin əldə olunmasında isə kollektivin əməyi danılmazdır. Hər şeydən əvvəl isə Azərbaycan dövlətinin media  üçün yaratdığı şərait, şəxsən Azərbaycanın Prezidenti cənab İlham Əliyevin  mediaya, o cümlədən də APA-ya olan xüsusi diqqət və qayğısının, bizə olan etimadı və  yaratdığı mühit bizə ölkədə və regionda ən güclülərdən biri olmağa imkan verib. Xəbər işi ilə məşğul olmaq üçün ölkədə media mühitinin normal olması çox vacibdir.

- APA-da gedən xəbərlər, faktlar şübhə doğurmur. Eyni xəbər bir çox saytlarda, agentliklərdə getdiyi halda xəbərin doğruluğu üçün  hamı APA-nı gözləyir. 


- Bu özəlliyin səbəbi nədir? APA nə ilə fərqlənir?

- Bizim əsas prinsipimiz yanlız və yalnız etibarlı, dəqiqləşdirilmiş xəbərləri yaymaqdır. Aldığımız xəbəri dəfələrlə yoxlamadan, müxtəlif qaynaqlardan təsdiqləmədən yayımlamırıq. Bunun üçün də ancaq peşəkar insanlarla işləyirik. Xəbər mənbələri ilə işləyərkən  son dərəcə səbrli və ehtiyatlı davranırıq. Cüzi bir şübhə varsa, həmin xəbəri yaymırıq. Hətta etibar edilən mənbələrdən aldığımız xəbəri belə  ən azı 2-3 əlavə mənbədən təsdiqləmədən yaymırıq. 20 illik fəaliyyət tarixində APA ilə bağlı çox az sayda şikayət, təkzib tələbi olub. Məhkəmə müraciətini isə ümumiyyətlə  xatırlamıram. Bir çox həmkarlarımız yarızarafat, yarıciddi iddia edir ki, ayrı-ayrı xəbər mənbələri, dövlət qurumları və digər subyektlər əllərində olan özəl informasiyanı məhz APA-ya ötürürlər, xəbərin orada getməsinə önəm verirlər. Düşünürəm ki, bunun özü belə bir agentlik üçün böyük uğurdur. Nə xoş bizə ki, insanlar bizə güvənir, informasiyalarının məhz bizim agentlikdə yayımlanmasını istəyirlər. Hər halda  peşəkar təqdimata inandıqları üçün belə edirlər. Lakin jurnalist dostlarımız arasında yayılmış və bir növ əfsanələşmiş “APA-ya xəbər hazır, məcməyidə gəlir” kimi fikirlərlə razılaşmıram. Biz xəbər tapmaq üçün gecə-gündüz çalışırıq, əziyyət çəkirik, etibarlı mənbələrlə işləyib, oxucularımıza doğru xəbəri çatdırmağa çalışırıq. Tələsmirik!


- Deyəsən, APA "Media Group" olaraq yeni layihəyə başlayıb, APA Jurnalist Məktəbini yaradıb. Bu layihə barədə  danışmaq istərdim bir az da... məqsədiniz nədir?

- Təşəbbüskar özüməm. Düşündüm ki, APA artıq bir məktəb mərhələsinə gəlib çatıb. Məktəbin yaradılmasında məqsəd peşəkar, operativ, yeni media standartları ilə işləməyi bacaran jurnalist hazırlığı ilə məşğul olmaqdır. Yuxarıda da qeyd etdiyim kimi, APA ölkə mediası, dövlət qurumlarının mətbuat xidmətləri üçün kadr bazası rolunu oynayan bir orqandır. Fikirləşdim ki, burada qazandığımız  təcrübəni gənclərlə bölüşməyə, onlara öyrətməyə haqqımız var. Sözün açığı, bu layihəni öz karyeram üçün çox  önəmli və yaddaqalan bir addım hesab edirəm. Ölkədə ciddi şəkildə peşəkar jurnalist qıtlığı yaşanır.  Bütün həmkarlarım, elə biz özümüz də hazırlıqlı jurnalist axtarırıq. Yeni media standartlarını bilən, həm  videogörüntü  ilə, həm xəbərlə işləməyi  bacaran kadrlara çox böyük ehtiyac var. Universiteti bitirən məzunlarımız isə o dərəcədə hazırlıqlı olmur.  Ümumiyyətlə, jurnalist laboratoriyada, istehsalatda yetişməlidir. Düzdür, son vaxtlar universitetlərin jurnalistika fakültələrində əsaslı dəyişikliklər hiss edilir. Lakin  media orqanında təcrübə keçmədən peşəkar jurnalist olmaq çətindir. APA-da isə təcrübə mühiti  var.  Ona görə də biz ilk növbədə "APA Holding" üçün, daha sonra isə digər media orqanları üçün kadr yetişdirmək qənaətinə gəldik. Qeyd edim ki, layihənin heç bir qrant tərəfdaşı yoxdur. Maddi və texniki  bütün resurslar "APA Media Group"a məxsusdur. 


- Agentliyin fəaliyyətində daha  hansı yeniliklər olacaq?

- Əsas qayəmiz əldə etdiyimiz uğuru qoruyub saxlamaq və daha çox dildə yayılmaq. Bu bizim üçün hər zaman prioritetdir. Hər kəs xəbəri öz dilində oxumağı sevir. Elə öz cəmiyyətimizdən götürək. Hər nə qədər xarici dilləri bilsək də, xəbəri daha çox öz dilimizdə olan informasiya mənbələrindən, sosial şəbəkələrimizdən almağı xoşlayırıq. Ona görə də hər bir xalqa öz dilində müraciət etməyi daha effektiv fəaliyyət  hesab edirəm və xarici dillərin sayını, xaricdəki müxbirlərimizin sayını artırmaq istəyirik.  Dünya reallığına, yeni media standartlarına uyğun layihələrimiz də sözsüz olacaq.    Baxın, iki il əvvəl Jurnalist Məktəbinin yaradılmasına zərurət hiss eləmirdim. Amma artıq bu il fərqinə vardım ki, yeni media standartlarına uyğun jurnalist yetişdirməyin vaxtıdır. Dövlət qurumları özlərinin piar, ictimaiyyətlə əlaqələr şöbələrini genişləndirdikləri üçün peşəkar jurnalistlərin əksəriyyətini bu sahəyə cəlb ediblər. Bu sahə isə jurnalistikadan daha dinamik və qarantiyalı bir işdir. Az işləyib, çox maaş alırlar deyə gənclərimiz də  dövlət qurumlarında işləməyə maraqlıdır.   Bizə isə peşəkar və təcrübəli jurnalistlərlə yanaşı gənc və  dinamik kadrlar lazımdır. Deməyim odur ki, tendensiyalar o qədər sürətlə  dəyişir ki, gələn il hansı layihə barədə düşünmək lazım olduğunu əvvələdən proqnozlaşdırmaq olmur. 


- Vüsalə xanım, iyirmi yubiley yaşıdır. Necə qeyd edəcəksiniz?

- İndidən artıq təbrik mesajları, zəngləri gəlir. Həmkarlarımız, MEDİA Agentliyi, Mətbuat Şurası çox böyük diqqət göstərərək  ad günümüzü təbrik edirlər. Hər bizinizə minnətdaram.  Bilirsiniz ki, ölkəmiz hazırda qlobal səviyyəli bir tədbirə, COP29-a ev sahibliyi edir. APA-nın 27 əməkdaşı hazırda Olimpiya Stadionunda işləyir.  Orada bizim səyyar studiyamız qurulub, iki ofisimiz  fəaliyyət göstərir. Digər əməkdaşlarımız isə ofisdən onların işinə dəstək verir. Ona görə də ad günümüzü  şirkətin daxilində kiçik bir çay süfrəsi ilə  qeyd edəcəyik, tort kəsəcəyik. Yəqin ki, sonrasında COP29-a ezam olunan əməkdaşlarla da təbrikləşmək üçün Olimpiya Stadionuna gedəcəm. Yeni il ərəfəsində isə həm Yeni il şənliyini, həm də APA-nın 20  illiyi ilə bağlı əyləncə təşkil etmək planımız  var. İndiki halda isə bütün diqqətimiz COP29-a yönəlib. Ölkəmizin əsas gündəmi bu tədbirdir və bizim ikinci bir gündəm yaratmağa ixtiyarımız yoxdur.  

Şəymən Bayramova


P.S. "Şərq” qəzeti kollektivi olaraq başda “APA”-da çalışan bütün həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see196

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see174

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see120

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri