“Vəziyyəti dəyişmək üçün çalışırıq”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kəpəz”in yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolpress.az xəbər verir ki, malili futbolçu “Kəpəz”ə keçidi ilə bağlı fikirlərini bölüşüb:
“Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var.
“Kəpəz”in Bakıda “Zirə” ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Komandanın çıxışı bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə çalışırlar. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Avqust 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















