Icma.az
close
up
RU
Biz yad yerdə yox, dədə baba torpağında oxuduq Balaca xanəndələr

Biz yad yerdə yox, dədə baba torpağında oxuduq Balaca xanəndələr

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 10-da Ağdam Muğam Mərkəzinin açılış mərasimində səslənən “Qarabağ şikəstəsi” təkcə musiqi nömrəsi deyildi, bu, zamanın səsi, yaddaşın oyanışı idi. Uşaqların dilindən səslənən bu muğam Prezident İlham Əliyevi kövrəltdiyi kimi, bütün Azərbaycan xalqının da qəlbinə toxundu. Bu ifa dağıdılmış şəhərdə həyatın yenidən başlanmasının simvoluna çevrildi.


Bu səs illərlə susdurulmuş torpağın danışmağa başlaması, boşalmış yurd yerlərinə qayıdan xalqın öz kimliyini yenidən xatırlaması idi. “Qarabağ şikəstəsi” Ağdamda səslənərkən, bu torpağın muğamla nəfəs aldığı yadımıza düşdü. Bu ifa muğam məktəbinin əsası olan Ağdamın təkcə binalarla yox, ruhla, səslə, sənətlə dirçəlməsinin rəmzi idi.


Balaca xanəndələrin çıxışı Qarabağ torpağında mədəniyyətin dirçəlişini nümayiş etdirməklə yanaşı, həm də gələcək nəsillərə verilən ümid mesajı idi: Ağdam yenidən oxuyacaq, çalacaq, yaşayıb yaradacaq.


Bu ümidi bizə ilk yaşadan Prezident, əsgərlərimiz idisə, onu Azərbaycana yenidən hiss etdirən də əslən Qarabağdan olan, bu bölgənin ənənələrini balaca ürəklərində yaşadan, həm də onun qələbəsinin şahidi olan üç muğam ifaçısı idi. 

Ağdam rayonunun Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynova Modern.az-a bildirib ki, Əhəd Ağayev, Türrə Hüseynova və Rüfət Axundov Müşfiqabad qəsəbəsində köçkun şəhərciyində yerləşən Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləridir.
“Əhəd Ağayev xanəndəlik ixtisası üzrə üçüncü, Türrə Hüseynova ikinci, Rüfət Axundov isə beşinci sinif şagirdidir. Rüfət əslən Şuşadan, Əhəd və Türrə isə Ağdam rayonundandır”.

“Uşaqların ifasının bu qədər təsirli və dərin duyğular yaratmasının əsas səbəbi onların əslən Qarabağdan olmasıdır. Uşaqlar Bakıda doğulsalar da, hər bir azərbaycanlı kimi ailədən, məktəbdən gələn vətən sevgisi ruhunda böyüyüblər. İşğaldan azad olunandan sonra uşaqlar həmin əraziləri də gəzib, vətəni daha yaxından görüb, duyublar”,- deyə o bildirib.  

Uşaqların hazırlıq mərhələsindən də danışan direktor vurğulayıb ki, “Qarabağ şikəstəsi” onlara məktəb proqramı çərçivəsində öyrədilir:
“Seçim olaraq 1 ay əvvəl İcra hakimiyyəti tərəfindən bizə müraciət olunmuşdu. Konsert proqramı haqqında əvvəlcədən məlumat vermişdilər, biz də uşaqlarımızın ifasını onlara göndərmişdik, dinləyib çox bəyənmişdilər. 

Uşaqlar özləri də bu qürurverici günün fərqində idilər, çox fəxr edirdilər ki, Qarabağda, Ağdam Muğam Mərkəzinin açılışında “Qarabağ şikəstəsi”ni məhz onlar ifa edəcəklər. Uşaqlarımız tədbirlərdə, konsertlərdə çox çıxış ediblər, amma bu cür möhtəşəm, böyük tədbirdə ilk dəfə idi ifa edirdilər”. 
“Mən özüm də uşaqlarla danışmışdım, özləri də deyirdilər ki, onlar muğamımızı yad yerdə yox, dədə-baba torpaqlarında ifa edəcəklər. Ağdamın yenidən dirçəlməsi, orada Muğam Mərkəzinin fəaliyyətə başlaması, qüruruverici hissdir”,- deyə A. Hüseynova sonda qeyd edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri