Icma.az
close
up
RU
“Bizdən əvvəlki və sonrakı nəsillər qarşısında məsuliyyət hissi”

“Bizdən əvvəlki və sonrakı nəsillər qarşısında məsuliyyət hissi”

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İlham Əliyev Ata vəsiyyətini həmin tələblə yerinə yetirdiyini dedi

Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının sabiq Prezidenti.
1 oktyabr 2003-cü il.

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən
Bakı, Şəhidlər xiyabanı,
8 noyabr 2020-ci il

Əslində, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərin mətbuatla bağlı olan hissəsini daha çox qabartmalı idik. Çünki bu sətirlərin qəzet səhifəsinə məhz Milli Mətbuat və Jurnalistika Günü çıxarılması gözlənilirdi. Azərbaycan jurnalistinin dövlət başçımıza sual verərkən dediyi “Cənab Prezident, biz birinci Şuşa Qlobal Forumunda Şuşada idik. Qlobal forumdan sonra Şuşadan Xankəndiyə baxmışdıq. Amma indi biz Xankəndidəyik, Siz də buradasınız”– arqumenti fikrimizi bir qədər konkretləşdirdi.

Geridə qalan illərlə bağlı çox məqamlar yadıma düşdü. Ən başlıcası isə ümummilli lider Heydər Əliyev 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistandan olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılış mərasimində demişdi: “Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Ancaq indi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam”.

Diqqət yetirin, Ulu öndər hələ İkinci Qarabağ müharibəsindən 18 il əvvəl əmin olduğunu söyləyirdi ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Prezident İlham Əliyev isə 2025-ci il iyulun 19-da məhz Xankəndidə bölgədə hər şeyin ədalət naminə dəyişdiyini qürurla yada salır.

Başqa bir məqama diqqət yetirək. Ulu öndər 2002-ci ildə Azərbaycan iqtisadiyyatının real vəziyyətini səmimi şəkildə etiraf edirdi: “İndi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam”. Prezident İlham Əliyev isə iki gün əvvəl Xankəndidə müasir Azərbaycan reallıqlarından fəxrlə söz açdı: “Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq. Geniş region dedikdə, mən Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı və Azərbaycanın yaxınlığında olan bütün yerləri nəzərdə tuturam. Həmçinin Avropa da ola bilər, çünki Avropa İttifaqı ilə gündəliyimiz, deyərdim ki, yenidən başlama prosesindədir. Əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz də müsbət cavab veririk”.

O ki qaldı ata vəsiyyətinin yerinə yetirilməsinə, çəkinmədən deyə bilərik ki, bu fakt təkcə Azərbaycan siyasətçiləri və mətbuatımız tərəfindən deyil, ölkəmizin uğurlarına, liderimizin nüfuzunun artmasına sevinən bütün dost və tərəfdaşlarımız tərəfindən səmimi şəkildə etiraf olunur. Elə Xankəndidə keçirilən beynəlxalq tədbirdə də həmin etirafı dəfələrlə eşitdik. Məsələn, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şirzadxan Qüdrətxoca (Şerzodxon Kudratxuca) dövlət başçımıza sual verməzdən əvvəl xatırlatdı ki, Özbəkistan Azərbaycanın dahi Prezidenti Heydər Əliyevi çox yüksək qiymətləndirir və onu çox yaxşı tanıyır: “Təəssüflər ki, bugünkü Qarabağı görmək ona nəsib olmadı. Çox çətin bir yol keçsə də, onu görə bilmədi. Amma deyək ki, Uca Tanrının iradəsi olsaydı, 2023-cü ildən sonra bu günü görə bilsəydi, Azərbaycan Prezidentinə yox, təkrar edirəm, Prezidentə yox, Azərbaycan xalqının böyük oğluna nə deyərdi? Onun baxışı, bugünkü əhvali-ruhiyyəsi necə olardı?”

Etiraf edim ki, tədbirin bir çox iştirakçıları kimi mən də həmin sualı eşidəndə həyəcanlandım. Çünki olduqca çətin sual idi. Ancaq zaman sübut edib ki, Prezident İlham Əliyev üçün çətin sual yoxdur. Cavaba diqqət yetirək: “Atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq”.

Dövlət başçımız Ukraynadakı “Gordon” media qurumunun təsisçisi, jurnalist Dmitro Qordonun “Siz qalib xalqın lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?” – sualını cavablandırarkən də özünəməxsus arqumentləri səsləndirməklə yanaşı, ulu öndər Heydər Əliyevin siyasi kursunun üstün cəhətlərini yada saldı: “Heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”.

Dövlət başçımız xatırlatdı ki, Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi – çoxsaylı qurbanlar, Xocalıda azərbaycanlıların soyqırımı... Postmünaqişə dövrü də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular: “Pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi. Həmin vaxt Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Halbuki, o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi. Amma məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq. Yalnız bir şeyi düşünürdük. Mən əminəm, vətəndaşlarımızın əksəriyyəti də mənim dediyimi bölüşür ki, işğal olunmuş torpaqlarımızı necə qaytarmağı fikirləşirdik. Biz başa düşürdük ki, bu, çətin olacaq. Biz hamımız əzəli torpaqlarımızı qaytarmaq arzusu ilə yaşamışıq”.

Güman edirəm ki, Azərbaycan Prezidentinin Ukrayna xalqına tövsiyəsini eşitmək istəyən cənab Dmitro Qordon ondan eşitdiyi bu arqumentləri heç zaman unutmayacaq: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq: “Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü – Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik”.

Sonda xatırladım ki, bu sətirləri tamamlamaq üçün final cümlələri seçəndə jurnalist təəssübkeşliyindən ayrıla bilmədim. Çünki dövlət başçımız Vüsalə Mahirqızının sualını cavablandırarkən bizə çox böyük etimad göstərdiyini söyləmişdi. Doğrudur, cənab Prezidentin Azərbaycan mətbuatı barədə təqdiredici fikirlərini əvvəllər də çox eşitmişdik. Ancaq həmin qiymətləndirmələri Xankəndidən, həm də beynəlxalq aləmdəki çoxsaylı həmkarlarımızın da iştirak etdiyi tədbirin tribunasından eşitmək olduqca qürurverici idi.

Cənab Prezident Xankəndidə dedi ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib: “Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır. Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram”.

İttifaq MİRZƏBƏYLİ
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see164

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see131

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see125

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see124

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see123

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri