Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ermənilər bilirdilər ki... Xocalıdan əvvəlki və sonrakı Allahverdi

Ermənilər bilirdilər ki... Xocalıdan əvvəlki və sonrakı Allahverdi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun doğum günüdür.

Kulis.az Vahid Qazinin onun haqqında yazısını təqdim edir.

Allahverdi Bağırovun 70 yaşı tamam olur bu gün. Nədənsə mənə qəribə gəlmir onu 70 yaşında təsəvvür eləmək. Tək mənə yox, onu tanıyan hər kəsə qəribə gəlməz, düşünürəm. Onu elə cavanlığından ağsaqqal tanıdıq hamımız, yəqin, ondandı.

Ağsaqqal saçı-saqqalı ağarana demirlər. Ağsaqqal – hər zaman, hər şəraitdə, hər kəslə ədalətli davranan adama el-obanın verdiyi tituldur.

Çoxları Allahverdi Bağırovu Qarabağ savaşında ona inananları başına toplayıb özünümüdafiə dəstəsi yaradan, mindən çox Xocalını əsirlikdən xilas edən, qəhrəmanlıq göstərib həlak olan milli qəhrəman kimi tanıyır.

Allahverdinin çoxumuzun bilmədiyi xarakterik cəhətləri də vardı.

Dünən burda, tale yellərinin gətirib çıxardığı İsveçdə qonşum İxtiyar Allahyarovla Allahverdidən danışırdıq. İxtiyar adı hələ “Şəfəq” olan vaxtlar Ağdam klubunda Allahverdiylə futbol oynayıb. Deyir ki, Allahverdi qədər dostluğa etibarlı adam tapmaq çətindir. Komandamız hansı şəhərə gedirdisə, orda onun mütləq bir dostu bizi qarşılayırdı, özü də təmtəraqla. Biz ona olan bu ehtiramı görüb yüksək fərəh hissiylə oynayırdıq.

“Ruhlar şəhəri” kitabında “İmarət” stadionunda keçirilən oyunların təsvirini verəndə Allahverdini belə xatırlamışdım:

“Komandanın ağsaqqalı Allahverdi Bağırov olmasaydı, belə çətin oyunlarda stadion əhlinin qabağını kəsmək mümkün olmazdı. Bir dəfə hələ komandasının adı “Damcılı” olanda Qazaxda Ağdamın oyunçularını döyüb, avtobusun şüşələrini sındırmışdılar. Bütün şəhər cavab görüşü səbirsizliklə gözləyirdi. Allahverdinin bir kəlmə andına rəqib oyunçulara bir çırtma belə dəymədi. Oyundan sonra yedirdib-içirdib yola salmışdılar. Bir neçə il sonra artıq adı “Göyəzən” olan Qazax komandasına SSRİ çempionatının ikinci divizionuna keçməsi üçün zəruri olan 2 xal da elə Ağdamda verildi”.

Deyirlər, bir vaxtlar dostluqları olan bir erməni komandırı Ağdamın işğalından sonra Allahverdinin qəbrini dağıtmağa qoymayıb, hər dəfə yolu düşəndə ora gül də qoyur. Düşmənin də ehtiram etdiyi oğullardan idi Allahverdi Bağırov!

Onu yaxından tanıyanlardan eşitmişəm ki, Allahverdidə qeyri-adi təəssübkeşlik vardı. Ağdamı öz namusu bilirdi. Görüb eşitdiklərimdən olan bu xatırlama da “Sağ qalan ləpirlər” essesindəndi:

“Bulvarın ayağında son dəbdə tikilmiş ikimərtəbəli restoranı Allahverdi Bağırov işlədirdi. Adamlar birinci mərtəbədə Gorus pivəsi içir, Bakı sosiskası yeyirdi. İkinci mərtəbənin stol-stulu, boşqab-nəlbəkisi, pərdə-tülü buranın ciddi yer olmasından xəbər verirdi. Ağdamın işgüzar adamları başqa yerlərdən gələn hörmətli qonaqlarını bura gətirirdilər. O vaxt danışırdılar ki, Allahverdi ağdamlılar haqda nalayiq danışan milis rəisinin müavini (adaşı imiş) çağırtdırıb elə burdaca mitilini atıbmış, qələtini başa salıb buraxıbmış. Dava başlayanda rəhmətlik buranı əsgər yeməkxanasına çöndərmişdi. Bəzən avtobusla əsgərlər gəlib burda yeyir, bəzən də bişirib səngərlərə hazır yemək aparırdılar”.

Allahverdi Bağırov yaddaşımda iki halıyla qalıb – Xocalıdan əvvəlki Allahverdi, bir də Xocalı qırğınından sonrakı Allahverdi. Millətin qız-gəlinini öz namusu bilən bir adamın o faciədən sonra yaşadıqları onun üzündə, gözündə yazılmışdı…

Ermənilər bilirdilər ki, Ağdama yol dava başlayanda özünümüdafiə batalyonları yaradan komandirlərin meyiti üstündən keçir, elə də oldu, biri də sağ qalmadı. Məndə bir inam var ki, onlar sağ olsaydı, şəhər işğal oluna bilməzdi.

Səndən sonra işğal olundu şəhərimiz, Allahverdi Bağırov. Hələ də işğal altındadı…

Sənin ad gününü təbrik eləməyə xəcalət çəkir adam. Amma inamım hələ də var ki, səni təbrikə başımızı dik tutub gələn vaxtımız da olacaq!

70 yaşın mübarək, komandir!

Allah o qədər bikar deyil Murad Arif: "Başın tutursan, dalı gedir" Zakir Əliyev: “Teymur Əmrah yaxşı sənətkardır, amma…”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri