“Bizə belə deputat lazım deyil” Siyavuş Novruzovu boykot etdilər
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin deputatı Siyavuş Novruzovun seçiciləri ilə təşkil etdiyi onlayn görüş Naxçıvanda etirazla qarşılanıb. Deputatın bu addımından narazı qalan sakinlər görüşü hörmətsizlik sayaraq boykot etməyə qərar veriblər. Bu səbəbdən qəbulda yalnız az sayda sakin iştirak edib.
"AzPolitika" xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, bu cür görüş problemləri müzakirə etmək yox, görüntü yaratmaq üçündür.
Seçicilərdən Nazim Mahmudov deputatın fəaliyyətsizliyindən şikayət edərək onun saxta yolla seçildiyini iddia edir:“Bu, qəbul deyil, açıq-aşkar seçiciyə hörmətsizlikdir, imitasiya və manipulyasiyadır. Özünə əziyyət verib seçicinin ayağına gəlmək istəmir. Onsuz da saxta yolla seçilib. Bilir ki, növbəti dəfə də seçiləcək. Çünki seçicinin səsi deputat olmaq üçün vacib deyil. Bizim problemlərimiz illərlə yığılıb qalıb – işsizlik, sosial çətinliklər, müxtəlif qurumlarda haqsızlıqlar. Amma bu deputatdan bir dəfə də real dəstək görməmişik”.
Digər sakin Asif Ağayev isə deyir ki, deputatı yalnız seçki vaxtı görə bilirlər:“Biz bu adamı yalnız seçki vaxtı görə bilmişik. Ondan sonra nə özü var, nə də səsi çıxır. İllərlə yazdığımız müraciətlər cavabsız qalıb. İndi isə çıxıb deyir ki, guya onlayn qəbul keçirir. Hansı qəbul? Kim iştirak edib? Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır. Əgər doğrudan da seçicilərlə işləyirdisə, niyə illərlə bir dəfə də olsun açıq görüş keçirmədi? Köməkçisini belə görə bilmirik. Çünki onu biz seçməmişik, bu dairəyə təyin ediblər. Bizə belə deputat lazım da deyil”.
Qeyd edək ki, Siyavuş Novruzov 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputat seçilib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:237
Bu xəbər 24 Aprel 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















