Icma.az
close
up
RU
Belə strateji müttəfiq bizə lazım deyil

Belə strateji müttəfiq bizə lazım deyil

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Son dövrlər Bakı ilə Moskva arasında yaşanan gərginlik təkcə diplomatik səviyyədə deyil, həm də dərin siyasi-ictimai sektorlarda da müşayiət olunmaqdadır.
Azərbaycanın təyyarə qəzasından sonra Rusiyadan kompensasiya tələb etməsinin qarşılığında Kreml bu legitim tələbə qarşı məsuliyyətsiz davranmaq bir yana, qonşuluq və bərabərhüququlu əməkdaşlıq ruhuna zidd addımla sərgiləməkdədir. Rusiya bütün beynəlxalq praktikada mövcud olan presedentə qarşı çıxmaqla öz riyakarlığını nümayiş etdirir. Necə ki, qardaş Türkiyə və Azərbaycan vaxtilə Rusiyaya oxşar hadisəyə görə, kompensasiya edib.
Birinci Pyotrun varisləri ənənəvi xislətlərinə sadiq qalaraq keçmiş psixologiyaya, tarixi “siyasi irsə” söykənməklə həqiqi qonşuluq və strateji müttəfiqliyə layiq olmadıqlarını göstərir.
Yekaterinburqda 2001-ci ildə baş vermiş “cinayət” ətrafında ekstremizm və zorakılıq törədən rus polisi bütün hüquqi çərçivələri tapdalayır, çoxəsrlik qonşuluq əlaqələrinə xələl gətirir.
Azərbaycanlı iş adamlarının, kiçik sahibkarların məqsədli şəkildə incidilməsi, fiziki zorakılığa məruz qalması hansı müttəfiqlik, yaxın qonşuluq ruhuna sığır? Hansı ölkədə miqrantları döyür, öldürürlər? Bu, açıq nifrətin, şovinizmin nümunəsidir?
Məşhur jurnalist-ziyalı Mixail Qusmanın Xankəndidə verdiyi suallara görə, işdən çıxarılaraq çəzalandırılması isə heç bir mədəni-etika əxlaqa sığmır. Bu, sadəcə acizlik əlamətidir.
Yaxud Xankəndi şəhərində erməniəsilli rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsinə görə, Xankəndini Stepanakert kimi təqdim etmək, özü də Mixail Qusmanın uzun illər rəhbərlik etdiyi və əsassız yerə uzaqlaşdırıldığı TASS informasiya agentliyində yayımlanması açıq təxribatdır.
Baxmayaraq ki, agentlik səhvində düzəliş etdi, ancaq yenə də Dağlıq Qarabağ ifadəsinə yer verməklə öz dediklərinə haqq qazandırmağa çalışırlar.
Azərbaycanda, paytaxt Bakıda onlarla Rusiyalı alim və şair, incəsənət xadimin heykəli, abidəsi var, Azərbaycan onları öz irsi kimi qoruyur, Xocalı qətliamını törətmiş ermənilərin fəxri saydıqları rəssamın Xankəndidə niyə abidəsi olmalıdır? İrəvanda, Gümrüdə, Zəngəzurda bir azərbaycanl şair, yazıçı, rəssamın abidəsi olmadığı halda Azərbaycanın bu düzgün addınına Rusiya niyə etiraz etməlidir?
Ukraynaya humanitar yardım, yanacaq təminatı göndərən Azərbaycanın bu xeyirxahlığı da Moskvanı qəzəbləndirir, bəhanələrlə oradakı Azərbaycan biznes mərkəzlərini bombalayır.
Ümumiyyətlə, Kreml niyə Azərbaycanın daxili işlərinə, müstəqil xarici siyasətinə qarışmalıdır?
Zatulinlər, Solovyovlar ekstremist şüarlarla əslində Kremlin mesajlarını çatdırır. Belə müttəfiqlik olarmı?
Azərbaycan müstəqil dövlətdir və bütün qonşuları ilə, o cümlədən Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq etməyə çalışır. Əgər kimsə özünü daha üstün hüquqda görürsə, imperiya təfəkkürü ilə davranırsa, zərərlərini özü də görür və görəcək.
Əgər Rusiya bu cür davam edəcəksə, hesab edirəm ki, 2022-ci ildə imzalanmış Strateji Müttəfiqlik haqqında Sazişə yenidən baxılmalıdır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri