Icma.az
close
up
RU
Bizə hansı “Liverpul” lazımdı? zəif, miskin, liderləri eniş yaşayan...

Bizə hansı “Liverpul” lazımdı? zəif, miskin, liderləri eniş yaşayan...

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aydın məsələdi ki, ideal formada olan “Liverpul” nəinki “Qarabağ”, hətta “Barselona” üçün də təhlükəli rəqibdi. Amma bəxtimiz onda gətirib ki, bu gün Mersisayd klubu ənənəvi oyun standartlarından çox uzaqdı.

Söhbət statistikadan getmir; rəqəmlərin sehirli dünyasına baş vursaq, görərik ki, şənbə günü “Bornmut” “Liverpul”un 13 oyunluq məğlubiyyətsiz seriyasın son qoydu. Yetərincə uzun seriyadı. Bu başqa məsələ ki, Arne Slotun çalışdırdığı komanda yanvarda yalnız iki oyunda qalib gəlib – ÇL-də “Marsel”i (3:0), ölkə kubokunda “Barnsli”ni (4:1) məğlub ediblər.
Gəlin məsələyə başqa yöndən danışaq: axı “Liverpul”un dərdi nədi, ulduzlarla zəngin heyətə malik komanda indiyə niyə gözümüzə belə əzik-üzün, miskin görünür? Hətta o dərəcədə ki, “Enfild”dən nəinki 1, 3 xal ilə dönməyin xəyallarını qururuq?
“Bornmut”la oyun böhranı bütün çılpaqlığıyla göstərdi. "Liverpul" zəifdi və rəqibləri bunu yalnız hiss etmir, həm də bundan yararlanırlar.
* Artıq 5-ci dəfə komanda son dəqiqələrdə qol buraxdı – premyer-liqada bundan pis nəticəyə yalnız “Nyukasl” ilə “Lids” malikdi. Özü də maraqlıdı ki, bütün son dəqiqə qolları “Liverpul”a xal bahasına başa gəlib. Halbuki çempionat Slotun komandası üçün tam fərqli başlamışdı – “qırmızılar” məhz sonda vurulan qollar hesabına ardıcıl 4 qələbə qazanmışdı.
* Futbolçular meydanda çaşqın görünürlər. Mersisaydlılar topa nəzarət baxımından (ortalama 61,8 faiz) premyer-liqada liderdi, zərbə sayına görə ilk iki komandadan biridi, ancaq hədsiz aşağı dəqiqlik bütün bu üstünlükləri heçə endirir: zərbələrin yalnız 27,9 faizi “çərçivə”yə gedir.
* Komanda standart vəziyyətlərdə zəifdi. Qolların 9-u məhz cərimə və künc zərbələrindən sonra buraxılıb.
* Liderlər qətiyyən formada deyil. Vircil van Diyk hədsiz çox məhsuldar səhvə yol verir, Məhəmməd Salah gələcəyi ilə bağlı sualların əlində əsir-yesirdi, adətən, inamlı görünən qapıçı Alisson ən pis mövsümlərindən birini keçirir – qapıya gələn zərbələrin yalnız 62 faizini dəf edib. Van Diykin passiv oyunu komandanın hücum əməliyyatlarına da birbaşa təsir göstərir.
Bütün sadaladığım çatışmazlıqlar fonunda “Liverpul”un mümkün çempionluğundan söhbət gedə bilməz. Odu ki, “qırmızılar” ümidini əsasən Çempionlar Liqasına bağlayıb. Və belə miskin vəziyyətdə olan komanda sabah “Qarabağ” önünə çıxacaq. Yüzdəyüz əminəm ki, Azərbaycanın indiki və gələcək çempionları bir də heç vaxt belə zəif “Liverpul”la qarşılaşmayacaq.
ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Yanvar 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri