Icma.az
close
up
RU
“Bizə zəhər iylədirlər!” Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT VİDEO

“Bizə zəhər iylədirlər!” Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT VİDEO

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ucarın mərkəzində, Oğuz küçəsində yerləşən və sovet dönəmindən qalan Pambıq Emalı Zavodu illərdir ərazidə yaşayan insanların həyatını cəhənnəmə çevirib.

Ölkə.Az-ın məlumatına görə, Musavat.com-a müraciət edən sakinlər deyirlər ki, zavod dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və illərdir həmin evlərdə rahat yaşamaq mümkün deyil.

Onların sözlərinə görə, müəssisə səhər saat 9-dan axşam 11-ə qədər fasiləsiz işləyir, köhnə avadanlıqların yaratdığı dəhşətli uğultu isə ətrafı yaşanmaz hala salıb:

“Bu səs-küyü 4-5 kilometr aralıdan da hiss edirik. Axşam evə gəlirik, sakitlik yoxdur, başımızda küy dayanmır. Elə bil evin içində traktor işə düşüb. Tüstünü, tozunu demirik – nəfəs almağa yer qalmayıb. Küçəmizdə 7-8 nəfər onkoloji xəstə var. Nəfəs almaqları belə əzaba çevrilib”.

Şikayətçilərin sözlərinə əsasən, emala gətirilən pambıq kol üzərində olarkən kimyəvi maddələrlə işlənir və həmin iy bütün məhəlləni bürüyür:

“Zəhər iyi gəlir. Bir anlıq havaya çıxa bilmirik. Nəfəs borularımız yanır. Hara müraciət edirik, cavab yoxdur. Sanki biz burada yaşayış yox, məhbus həyatı yaşayırıq”.

Sakinlər daha ciddi bir məqamı da qeyd edirlər: Ucarın çıxacağında, Bakı–Qazax yolunun kənarında, meşəlik ərazidə yeni pambıq zavodu tikilib, lakin müəssisə nədənsə işləmir:

“Orada ideal yer var, amma boş saxlanılır. İki maşın pambıq ora, dörd maşın pambıq yenə buradakı köhnə zavoda gətirilir. Bizi boğmaq üçün sanki qəsdən belə edirlər. Niyə? Çünki köhnə avadanlığı dəyişmək, filtr qoymaq istəmirlər”.

Sakinlərin sözlərinə görə, dəfələrlə baxış keçirilib, filtr quraşdırılacağı vəd olunub, amma vədlər elə kağız üzərində qalıb:

“Hər dəfə deyirlər ki, sifariş verilib. Aylar keçir, illər keçir, filtri görən yoxdur. Filtrsiz bunkerlərin ağzından toz yağış kimi yağır. Bizi eşidən yoxdur”.

Pambıq zavodu yaşayış məhəlləsi ilə üz-üzə ola bilərmi? – Dünya təcrübəsi nə deyir?

Pambıq emalı müəssisələri səs-küy, toz və kimyəvi buxarlar səbəbindən bir çox ölkələrdə yüksək riskli sənaye kateqoriyasına daxildir. Buna görə də bu tip müəssisələrin yaşayış evlərindən müəyyən məsafədə yerləşməsi beynəlxalq normadır.

ABŞ (EPA): Zavodlarla yaşayış zonası arasında 500–800 metr məsafə tələb olunur.

Türkiyə: “Orta riskli sənaye” kimi təsnif olunan bu müəssisələr evlərdən 300–1000 metr aralı tikilir.

Avropa Birliyi: Akustik və hava çirklənməsi zonası nəzərə alınaraq 400–700 metr məsafə qoyulur.

Azərbaycan normativləri: Səs-küy və toz emissiyası yüksək obyektlər yaşayış yerindən ən azı 300 metr uzaqda olmalıdır.

Ucarda isə zavod evlərin demək olar ki, içindədir və bu, heç bir normaya uyğun gəlmir. Ekspertlər qeyd edirlər ki, belə müəssisələrdə mütləq toz tutan filtrlər, səs izolyasiyası, yaşıl bufer zonası, müasir ventilyasiya sistemi olmalıdır. Ucardakı zavod isə bunların heç biri ilə təchiz edilməyib.

Ucar sakinlərinin şikayətləri təkcə narazılıq deyil – bu, artıq sağlamlıq və təhlükəsizlik məsələsidir. Dünya üzrə belə zavodlar yaşayış məhəlləsinin mərkəzində fəaliyyət göstərə bilməz. Üstəlik, eyni rayonda daha uyğun ərazidə yeni zavod tikilibsə, köhnənin hələ də işlədilməsi suallar doğurur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Noyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri