Orxan Əliyev: Bu vəziyyət bizə psixoloji təsir göstərdi
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"İlk hissəyə çox pis başladıq və qapımızda iki qol gördük". Bunu Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Orxan Əliyev deyib.
Əliyevin fikrincə, erkən qollar komandada psixoloji gərginlik yaratsa da, fasilədən sonra toparlanmağı bacarıblar: "İlk yarlıda istədiyimiz oyunu sərgiləyə bilmədik. Bəsit səhvlər etdik və nəticədə qapımızda iki qol gördük. Bu vəziyyət bizə psixoloji təsir göstərdi. Amma ikinci hissədə həm komanda yoldaşlarımızla danışdıq, həm də məşqçimizin verdiyi göstərişləri dəqiqliklə yerinə yetirməyə çalışdıq. Nəticədə fasilədən sonra idmanlı təsir bağışladıq bir neçə təhlükəli vəziyyət yaratdıq və bir qol vurmağı bacardıq. Son dəqiqələrdə hesabı bərabərləşdirə də bilərdik, təəssüf ki, sonda Gəncəyə əliboş qayıtdıq".
Qeyd edək ki, Premyer Liqanın XVII turunda "Kəpəz" səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.
Baxış sayı:119
Bu xəbər 18 Dekabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















