Icma.az
close
up
RU
“Bizi ağılsız yerinə qoyurlar... “Hesab edirlər ki, Bakıya təzyiq göstərərək...”

“Bizi ağılsız yerinə qoyurlar... “Hesab edirlər ki, Bakıya təzyiq göstərərək...”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı təşəbbüslər genişləndirilməlidir..."

Son aylar bir sıra beynəlxalq təşkilatların və Qərb ölkələrinin parlament sənədlərində iki əsas mövzu paralel şəkildə ön plana çıxarılır: “Qərbi azərbaycanlıların müasir Ermənistan ərazisinə qayıdışı” və “Qarabağı tərk etmiş ermənilərin geri dönməsi”. Bu məsələlər yalnız hüquqların tanınması çərçivəsində deyil, həm də siyasi və ictimai rəyə təsir aləti kimi dəyərləndirilir.

Politoloq Fərhad Məmmədov bildirib ki, son bir ayda hər iki mövzu beynəlxalq təşkilatların və Qərb parlamentlərinin sənədlərində açıq şəkildə yer alıb.

Ekspertin sözlərinə görə, Qərbi azərbaycanlıların qayıdışı məsələsi İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının sənədlərində əksini tapıb. Eyni zamanda, Qarabağı tərk etmiş ermənilərinin qayıdışı məsələsi Belçika parlamentinin, ABŞ Konqresinin və Fransadakı bəzi siyasi dairələrin təşəbbüsü ilə gündəmə gətirilib.

“Qarabağı tərk etmiş ermənilərin qayıdışı ilə bağlı təşəbbüslərin arxasında bir neçə sponsor dayanır,” – deyə F.Məmmədov bildirib.

Onun sözlərinə görə, bu təşəbbüslərin əsas təşkilatçısı erməni diasporasıdır. Xüsusilə, Vardan Oskanyanın rəhbərlik etdiyi komitə diasporanın maliyyə imkanlarını və Qərbdəki bəzi siyasətçiləri səfərbər edərək “İsveçrə sülh təşəbbüsü” adı altında, guya, vaxtilə Qarabağda məskunlaşdılmış, bir neçə il əvvəl isə ərazilərimizi tərk etmiş ermənilər ilə Azərbaycan hakimiyyəti arasında dialoq yaratmağa çalışır.

Politoloq əlavə edib ki, bu fəaliyyətin ikinci sponsorları Qərb ölkələrindəki bəzi siyasətçilərdir: “Onlar hesab edirlər ki, bu yolla Bakıya təzyiq göstərərək Azərbaycanı Ermənistanla sülh sazişi imzalamağa sövq edə bilərlər. Amma bu qədər sadəlövh olmaları onu göstərir ki, əslində bizə hörmət etmirlər və bizi ağılsız yerinə qoyurlar. Mən onları buna görə ‘ağılsız’ adlandırıram, çünki öz arqumentləri ilə bizi təhqir etdiklərinin fərqində deyillər.”

Məmmədovun fikrincə, Ermənistan hökuməti də bu təşəbbüsləri tam şəkildə deyil, əsasən Avropa və ABŞ-dakı səfirləri səviyyəsində dəstəkləyir.

Ekspert bildirib ki, Azərbaycan tərəfi isə Qərbi azərbaycanlılarla bağlı məsələni həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə gündəmdə saxlayır. Bu işdə Qərbi azərbaycanlıların təşkilatlanmış qrupları, Azərbaycan hökuməti və Türkiyə ilə əməkdaşlıq mühüm rol oynayır.

“Hazırda hər iki tərəf mövqeyini insan hüquqları prizmasından təqdim etməyə çalışır,” – deyə o əlavə edib.

Məmmədov qeyd edib ki, erməni tərəfinin fəaliyyəti nəticəsində artıq ABŞ və Fransa hökumətlərinə ünvanlanan çağırışlarda Azərbaycana təzyiq göstərilməsi tələb olunur.

“Bu şəraitdə Azərbaycanın da Türkiyə parlamentinin üzvləri vasitəsilə öz hökumətinə Qərbi azərbaycanlıların qayıdışı məsələsində Ermənistana təzyiq göstərilməsi ilə bağlı çağırışlar etməsi məqsədəuyğun olardı,” – deyə o, təklif edib.

Politoloqun fikrincə, bu məsələ artıq sülh prosesi ilə paralel inkişaf edən ayrıca bir xəttə çevrilib və ictimai rəyə təsiri getdikcə daha aydın hiss olunur.

“Bu mövzu artıq prosesin ayrılmaz hissəsinə çevrilib və ondan yayınmaq mümkün deyil. Əgər Qərbi Azərbaycanla bağlı kontent sülh gündəminin önünə keçərsə, o zaman sülh prosesi ictimai rəy səviyyəsində daha az effektiv görünə bilər,” – deyə Fərhad Məmmədov xəbərdarlıq edib.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri