Icma.az
close
up
RU
TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə imkan verməyəcək.

O, bunu “Time” jurnalına müsahibəsində bildirib.

“Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. İsrail indi bunu edə bilməz. Ərəb dövlətlərindən böyük dəstək aldıq. Əgər bu addım atılarsa, İsrail ABŞ-ın bütün dəstəyindən məhrum olacaq”, - deyə Tramp vurğulayıb.

Trampın sözlərinə görə, mümkün ilhaq planı Yaxın Şərqdə sülh təşəbbüslərini və ABŞ-ın ərəb tərəfdaşları ilə münasibətlərini ciddi şəkildə təhlükə altına sala bilər.

Trampın açıqlamasından sonra ABŞ vitse-prezidenti Cey Di Vens də İsrail parlamentində (Knesset) ilhaqla bağlı qanun layihəsinin ilkin mərhələdə qəbulunu “gülünc və siyasi səhv” adlandırıb.

“Bu, axmaq siyasi manevr idi. Mən şəxsən təhqir olundum. ABŞ İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcək. Biz bu səsvermədən narazıyıq”, - deyə Vens bildirib.

O, İsrailə səfəri çərçivəsində Təl-Əvivdəki Kiriya hökumət kompleksində ölkənin müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və kəşfiyyat rəhbərləri ilə görüş keçirib.

ABŞ dövlət katibi Marko Rubio da İsrailə yola düşməzdən əvvəl Knessetin səsverməsini tənqid edib: “İsrail parlamentinin bu addımı Qəzzadakı sülh razılaşmasını təhlükəyə atır. Prezident Tramp bunu açıq şəkildə dedi: biz bu addımı dəstəkləmirik”.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu Knessetə qanun layihəsini Vensin səfəri zamanı gündəmdən çıxarmağı tövsiyə etsə də, deputatlar layihəni səsverməyə çıxarıblar. (modern.az,)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri