Icma.az
close
up
RU
Bizim bazar ildə 2 3 dəfə xod gedir Gül və oyuncaqların bəxtinin açıldığı gün

Bizim bazar ildə 2 3 dəfə xod gedir Gül və oyuncaqların bəxtinin açıldığı gün

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bu gün “14 fevral – Sevgililər Günü”dür.

Bakıvaxtı.az xəbər verir ki, “Valentin Günü” də adlandırılan bu bayram hər il fevralın 14-də dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Belə xüsusi günlərdə bəylər xanımlara gül almağı daha üstün bilirlər. Bunun nəticəsidir ki, gül dükanlarında suni qiymət artımı baş verir. 

Əgər adi günlərdə bir qızılgülün qiyməti 4-5 manat olursa, belə günlərdə qiymət 7-8, hətta 10 manata qədər qalxır. Belə ki, 2024-cü ildə 101 ədəd qızılgüldən ibarət buket 500 manata təklif olunurdusa, bu il artıq 600 manata təklif olunur. 1 il ərzinda 100 manat artım müşahidə olunur.

Bu qiymət artımı təkcə gül dükanlarına aid deyil, bütün hədiyyəlik oyuncaqların, suvenirlərin satıldığı mağazalarda da qiymət "əl yandırır". 

Şəhər sakini Fərid Ağabalayevin əməkdaşımıza dediyinə görə, dünənədək 20-30 manata satılan yumşaq oyuncaqların qiyməti indi 50-60 manat olub.

Elə satıcılar da qiymətlərdə artım olduğunu danmırlar. Söhbətləşdiyimiz satıcıların əksəriyyətinin fikirləri isə üst-üstə düşdü: "İldə 2-3 belə bayram olur ki, o günlər də məhsulumuz yaxşı satılır. Bu gün nə satdıq, satdıq. Sabahdan yenə dükanlar ağzıgünə qalacaq. Bizim bazar bir də 8 Mart ərəfəsində yaxşı olacaq".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, bugünkü süni qiymət artımında hansısa iqtisadi amil əsaslı rol oynamır. Onun sözlərinə görə, süni qiymət artımına təsir edən əsas səbəb bazarlarda azad rəqabət prinsiplərinin mövcud olmamasıdır:

"Ölkədə mövcud olan monopoliya rəqabət mühitinin normal şəkildə fəaliyyətinə əngəl törədir. Hər hansısa məhsulun qiymətində süni artım hiss olunursa, deməli, məsələ hansısa monopolistə söykənir".

"Belə xüsusi günlərdə müştəri çoxluğu müşahidə olunur. Ona görə də, sahibkarlar qiymətləri suni şəkildə artırırlar. Çünki bilirlər ki, onsuz da insanlar bunu baha da olsa, ucuz da olsa alacaqlar",- deyə Eyyub Hüseynov vurğulayıb.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri