Icma.az
close
up
RU
Bizim əxlaqımız və onların əxlaqı

Bizim əxlaqımız və onların əxlaqı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Nicat Mədətli
Yazıçı, tarixçi və beynəlxalq əlaqələr üzrə mütəxəssis

Texnologiyanın sürətli inkişafı yalnız bərabərində inkişafı və yeniliyi gətirmir, eyni zamanda insanların adət-ənənələrində və gündəlik davranışlarında da radikal dəyişikliyə səbəb olur. Artıq bir çox fəaliyyətlərimiz və istifadə etdiyimiz vasitələr “tarix” adına layiq görülməyə başlanıb. Sevinclərimizin, kədərlərimizin səbəbi və mənbələri belə texnologiyanın inkişafına paralel olaraq dəyişib. Əslində, bu dinamika bəşəriyyətin hər dövründə mövcud olmuş və heç bir zaman tamamilə dayanmamışdır. Bəzən dinamika sürətlənmiş, bəzən isə zəifləmişdir. Məsələ belə ikən, o zaman fərqli olan xüsus nədir? Keçmiş dövrlərdəki inkişaf dinamikası ilə günümüzün dinamikası arasında fərq hansı xüsusiyyətlərdədir?

Cavab isə çox sadədir: Texnologiyanın sürətli inkişaf dinamikasının insanların mənəvi həyatındakı dövrə bağlı dəyişiklikləri tezləşdirməsi. Bəşər tarixində insan adət-ənənələri və ya insanların gündəlik həyat ritualları bu qədər sürətli bir şəkildə dəyişməmişdir. Beş il öncə bizə möcüzə kimi görünən elektrikli maşınlar bu gün həyatımızın ayrılmaz hissəsi kimi mövcuddurlar. Nəinki beş il, bir il öncə əldə etdiyimiz texnologiya məhsulları (telefonlar, kompüterlər, iş vasitələri və s.) artıq “köhnə” sayılır. “Antika” etiketinin qoyulma sıxlığı zaman nəzərə alındığında tezləşib. Texnologiyanın sürətli inkişaf dinamikası ən çox isə nəinki dövrün, hətta bəşəriyyət tarixindəki əxlaq anlayışına təsir göstərib.

Belə ki, insanların davranışlarını, bir-birinə və cəmiyyətə münasibətlərini tənzimləyən mənəvi norma və dəyərlər sistemi olan əxlaq tarix boyunca yalnız iyerarxiyaya bağlı olaraq xüsusiyyətlərə və formalara ayrılmışdır. Hətta əxlaqın bu bölgüsü hər bir dövrdə fəlsəfi müzakirələrin əsas mənbəyini təşkil etmişdir. Tarixdə buna misal olaraq kəndlilərin, zadəganların əxlaq anlayışlarını göstərə bilərik. Belə ki, XX əsrin ortalarına qədər iyerarxiyanı təşkil edən pillələrdəki qruplar arasında hər zaman əxlaq anlayışlarında fərqliliklər mövcud olmuşdur. Bəziləri üçün düzgün və doğru görünən davranışlar digər qruplar tərəfindən yanlış görülmüş və təkzib edilmişdir. Xüsusən, Konfutsi, Buddanın təlqinlərində və Kant, Hegel, Şopenhauer, Marksın əsərlərində biz bunları aydın bir şəkildə görə bilərik. Hətta Leninin başçılığı ilə gerçəkləşmiş kommunist inqilabından sonra əxlaq nəinki cəmiyyəti təşkil edən qruplar, hətta millətlər və cəmiyyətlər arasında siyasi rejimlərə bağlı olaraq bir-birindən fərqlənmişdir. Bu baxımdan Lev Trotskinin “Onların Əxlaqı və Bizim Əxlaqımız” adlı əsəri nümunə göstərilə bilər.

Ölkələrin və millətlərin azadlıqlarını məhdudlaşdırmağı məqsəd kimi görən kommunist inqilabın təşkilatçılarından Trotski əxlaqın əsas meyarını “insanın azadlığına və ictimai tərəqqiyə xidmət etməsi” kimi göstərir. O, əxlaqın ümumbəşəri deyil, sinfi xarakter daşıdığını, burjua əxlaqının isə ümumbəşəri əxlaq adı ilə insanlara təlqin edildiyini irəli sürür. Bununla yanaşı, Trotski kapitalizm və kommunizm arasındakı əxlaq fərqlərini müqayisə etməklə yanaşı, stalinizmi də tənqid etmişdir. Bu isə onun Stalin tərəfindən “gizli kapitalist” adlandırılmasına səbəb olmuşdur. Bütün bunları düşündükdə, insanın ağlına istər-istəməz aşağıdakı satirik beyt gəlir:

“Trotski kapitalistlərə bənzərdi,

Stalin ondan əlini üzərdi”.

Əslində, cəmiyyətdəki siniflər arasında mövcud olan əxlaq anlayışını kommunizmi dövlət siyasəti seçməklə məhv etmək və dünyada vahid bir əxlaq anlayışı yaratmaq istənilmişdi. Lakin Marksın nəzəriyyələri gözəl olsa da, tətbiqdə problem yaranmışdı. Belə ki, vahid ideologiya-vahid əxlaq anlayışını əlində bayraq edən SSRİ qurduğu cəmiyyətdə adları dəyişsə də, yenə də siniflərin mövcud olduğunu nəzərdən qaçırmışdı. Liberal dövlətlərdəki siniflərin öz xüsusi maraqlarına sahib olması halı SSRİ-də də davam etmişdir. Bir kəndçi, bir kolxoz sədri, Mərkəzi Komitədəki bir katib yenə də əxlaq anlayışı olaraq bir-birlərindən fərqlənirdi.

Kommunistlərin böyük ümidlərlə qurduğu SSRİ öz arzusunu həyata keçirə bilməsə də, onun bu niyyətini texnoloji məhsullar vasitəsilə kapitalist dövlətlər həyata keçirə bilmişdir. Belə ki, hal-hazırda, yəni kapitalist düşüncənin hegemon ideologiya və rejim kimi qəbul edildiyi dövrümüzdə artıq bütün dünya sakinləri vahid maraq, əyləncə və əxlaq anlayışına sahibdirlər. Bu gün Keniyada yaşayan bir afrikalı ağıllı telefon vasitəsilə Parisi, fransız xalqını və eyni şəkildə Amerikanı, digər Avropa dövlətlərini, Yaponiyanı izləyə bilir. Oradakı insanların məşğuliyyətlərindən xəbərdardır. Xüsusilə, yeni kapitalist dövr istehlaka fokuslandığı üçün telefon vasitəsilə izlənilən hər kadrda yüksək rifah səviyyəsi əks etdirilməyə çalışılır. Yanlış da olsa, Paris şəhərinin küçələri tər-təmiz göstərilir, Amerika azadlığın beşiyi kimi qələmə verilir. Rusiyanın iqtisadi gücü şişirdilərək təqdim olunur. Nəticədə, dünyanın dörd bir tərəfindən bunları izləyən şəxslər izlədikləri yerləri gəzmək və hətta orada yaşamaq üçün həsəd aparmağa başlayırlar. Öz yurdlarında rahatlıq tapa bilmirlər. Ən qəribəsi də odur ki, gedəcəkləri ölkələrə uyğunlaşma problemi çəkəcəklərini heç düşünmürlər. Səbəbi isə son dərəcə bəsitdir: izlədikləri hadisələr, əyləncələr, yemək videoları onları artıq videoları paylaşanlarla həmvətən edib. Sırf videolardakı məkana getmək üçün öz adət-ənənələrini unutmağa belə hazırdırlar. İstehlak əxlaqı sayəsində hər kəs bir arzuya, məqsədə və yaşam tərzinə alışdırılır. Novruz bayramı unudulur, çünki artıq “Halloween” xəyalı mövcuddur. Bayram tətilini öz ailəsi ilə, öz ölkəsində və öz adət-ənənələrinə uyğun bir şəkildə keçirən insanları artıq bir-iki günlük tətil müddətini qürbətdə keçirməyi arzulayan və bu arzuya sitayiş edən insanlar əvəzləyib. Çünki hər kəs yaradılan istehlak əxlaqı nəticəsində görmədiyi həyatı, varlığından əmin olmadığı sinifə sahib olmağı arzulayır. Kommunizmin yaratmaq istəyib də uğursuzluğa düçar olduğu niyyəti ən sonunda gücünü maddi qüvvədən, texnoloji ünsürlərdən alan yeni növ kapitalizm həyata keçirir. Artıq dünyada nə siniflərə görə, nə də millətlərə görə fərqlənən əxlaq xüsusiyyətləri var. İndi bütün dünyada hegemon yalnız bir əxlaq var, onun isə adı: istehlak əxlaqıdır.

İstehlak əxlaqının milli əxlaqa qarşı olduğunu anlayanlar isə hegemon əxlaq anlayışına sahib olanlar tərəfindən yadlaşdırılmağa çalışılır. Günümüzdə və dünyamızda vahid bir cümlə var ki, artıq hər kəs tərəfindən istifadə olunmağa başlanılıb: “Bizim Əxlaqımız və Onların Əxlaqı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Sentyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri