Icma.az
close
up
RU
Azərbaycanda məmur əxlaqı və “Siyasətnamə”!

Azərbaycanda məmur əxlaqı və “Siyasətnamə”!

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Bugünlərdə ölkə mətbuatı Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Səhhət Həbibbəylinin 2018-ci ildə vəizfəyə təyin olunduqdan sonra 4 il ərzində milyonlarla dollar dövlət vəsaitini hər ay necə çırpışdırıb, mərkəzləşmiş qaydada Talıbovlara verdiyi haqda istintaqa ifadəsini yayıb.

Xatırladaq ki, S.Həbibbəyli gömrük xidməti general-leytenanatı olmaqla yanaşı, həm də AMEA prezidenti, 20 il Naxçıvandan deputat olmuş və naxçıvanlıların da çox yaxşı tanıdığı İsa Həbibbəylinin oğlu, Nazirlər Kabineti Aparatının şöbə müdiri Ərəstü Həbibbəylinin qardaşıdır.

Bu ata-oğulun vaxtilə xidmətində, indi isə üzünə durduqları Vasif Talıbov isə, nə az-nə çox, düz 27 il Naxçıvanda hüdudsuz səlahiyyət və nəzarətsiz hakimiyyət sahibi olub. İndi özünüz bu talanın, yağmalanmanın və toplanan varidatın miqyasını rahatca hesablayın!

Əlbəttə, hüququn və əxlaqın üstün olduğu, qanunun və abır-həyanın gözlənildiyi dövlətlərdə və cəmiyyətlərdə bu faktların aşkarlanması siyasi təlatüm və inqilabi situasiya yaradar, kütləvi həbslər həyata keçirilər, ölkəni istefalar dalğası bürüyərdi…

Ancaq nə yazıq ki, istər “Rabitə işi, istərsə də “MTN işi”ndə olduğu kimi, elə bu “Naxçıvan işi”ndə də hüquqa tüpürüldüyü, qanunların ayaqlar altına atıldığı göz önündədir və əsas təqsirkarlar da dövləti şantaj edərək, zərrə qədər abır-həya gözləmədən, peyin dənləyən xoruzlartək, sinələrini önə verib, arsız-arsız hələ bir taladıqları, qanını sorduqları xalqa da rişxənd edrilər…

Təəssüf ki, nə dövlət üzərinə düşəni sonadək edir, nə cəmiyyət…

Dövlətin çəkingənliyi və cəmiyyətin laqeydliyi isə “məmur harınlığı” deyilən bir xəstəliyin – davranış nümunəsinin epidemiya, xərçəng şişi kimi yayılmasına təkan verərək, bütün idarəetmə aparatını da, cəmiyyəti də içdən sarır, çürüdür, şikəst və yarımcan hala salır!

Artıq Azərbaycan cəmiyyətində bu düşüncə hakimdir ki, qanun yalnız acizlər, kimsəsizlər, yoxsullar üçündür və “böyük oğrular”a dövlətin ya gücü yetmir, ya da niyəsə onların həbslərini istəmirlər: aşkarlanmış yeyintilərdə bir-iki nəfər yetimçəni tapıb, hər şeyi onların belinə yükləyəcək, milyardları talayıb ölkədən xaricə qaçıranlarısa bir bəhanə ilə aradan çıxaracaq, qoruyacaqlar…

İndi 4 ildir Ermənistan üzərindəki tarixi qələbəmizdən nə qədər ağızdolusu danışıb, öyünsək də, bir gerçəyi hamımız bilməli, dərk etməliyik: əgər bu ölkənin içərisində tezliklə səliqə-sahman yarada, ədalətli idarəetməni təmin edə və xalqın rifahını yaxşılaşdıra bilməyəcəyiksə, daha danışmağa dilimiz olmayacaq, o müqəddəs qələbəmizə də ləkə salacaq, cənnətə çevirmək istədiyimiz Qarabağ isə özü boyda qara bir daşa çevrilərək, başımıza düşəcək, bizi altında xıncım-xıncım əzəcək!

Biz Əmir Teymurdan daha qüdrətli fateh deyilik! O fatehlər fatehi Əmir Teymur belə, öz əyan-əşrəfinə tez-tez bu hikməti xatırladardı: “Məmləkətlər qılıncla fəth edilər, ancaq yalnız ədalətlə idarə olunar”!

Ədalətli idarəetmə isə, hər şeydən əvvəl, məmur əxlaqından, məmur davranışından, məmur nümunəsindən başlar!

Əgər məmur yüksək dövlət vəzifəsinə xalqa xidmət imkanı yox, varlanmaq mənbəyi və fürsəti kimi baxacaqsa, dövlətin verdiyi səlahiyyətləri sərvəttoplama və eyş-işrət vasitəsinə çevirəcəksə, məmur aparatı yüsək imtiyazlı quldur dəstəsindən başqa heç nə sayılmayacaq!

Heç olmasa, qoca tarixdən öyrənək, yaşanmışlardan ibrət alaq!

Qədim dönəmlərdə ağıllı padşahları xaricdəki düşmənlərindən daha çox, ona xidmət edən məmurların harınlığı, acgözlüyü narahat edərdi. Çünki o padşahlar hesab edərdi ki, onun təmsilçiləri varlanmaq üçün xalqı incidərsə, bu, xalqı narazı salmaqla düşmənin işinə yarayar, xalq hökmdarından üz çevirər, fitnəyə alət olar və ona qarşı qiyama təhrik edilər!

Elə bu səbəbdən də adil padşahlar xalqın haqlı şikayət etdiyi məmurunu, bütün xidmətlərinə baxmayaraq, elə xalqın gözləri önündəcə nümayişkaranə şəkildə dərhal ən ağır cəzaya məhkum edərdi!

Günümüzün mövzusuna ən ibrətamiz misallardan biri Səlcuq hökmdarlarının vəziri Nizamülmülkün “Siyasətnamə”sində yer alıb.

Olduqca diqqətçəkən haldır ki, vəzirlər vəziri Nizamülmülk o boyda kitabında “harın, görməmiş və zalım əmir” obrazında məhz hökmdarın Azərbaycan valisini və ona qarşı da mübarizədən usanmayan, qorxmayan bir azərbaycanlı ananı göstərib!

Yəni, daha konkret desək, Azərbaycanda məmur görməmişliyinin də, ona qarşı mübarizədə ana dirənişinin də çox uzun və qədim tarixi, həm də ibrətamiz aqibəti mövcuddur.

Hekayətin qısa və bizim də bəzi yekəbaş, yekəqarın və zırrama məmurlarımızı xatırladan məzmunu isə belədir:

“Qubad şah öldükdən sonra onun 18 yaşlı oğlu Ənuşirəvan taxta keçir. Ənuşirəvan daxilən nə qədər ədalətsevər və Allahdan qorxan olsa da, atasının vəzifələrə təyin etdiyi əyanlardan çox asılı idi. O, bir neçə dəfə məmurlarını rəiyyətlə xoş rəftar etməyə, camaatı incitməməyə, vergilərdən başqa haqq almamağa çağırsa da, əyanları onun çağırışlarını qulaqardına vururdular. Hətta bəzi əyanlar hesab edirdi ki, Ənuşirəvanı taxta elə onlar çıxarıblar, istədikləri vaxt taxtdan da sala bilərlər və bu səbəbdən padşah onların bütün cinayətlərinə göz yummağa məhkumdur…

Ənuşirəvan isə səbrlə dözür. Beləcə, 5 il keçir və Ənuşirəvan artıq idarəçilik təcrübəsi toplamaqla yanaşı, özünə sadiq əmirlərin də sarayda mövqeyini gücləndirir, əyanlarına növbəti və son çağırışını edir ki, xalqı incitməsinlər, şikayət olunan məmuru mütləq cəzalandıracaq.

Ancaq Ənuşirəvanın atasına xidmətdə ən məşhur, var-dövlətdə ən üstün sərkərdələrindən biri sayılan Azərbaycan valisi bu çağırışa məhəl qoymur, yenə də vilayəti öz bildiyi kimi idarə edir.

Vilayətin hər yerində özünə dəbdəbəli malikanələr tikdirən Azərbaycan valisi oturduğu şəhərin kənarında gözəl bir yerdə də saray inşasına qərar verir. Malikanə tikiləcək ərazi isə qoca və tək-tənha bir qarının torpağı olur. Onu nə qədər dilə tutsalar da, qarı deyir ki, bu yer onun ölmüş ərindən və övladlarından miras qalıb, satmır, elə buradaca da ömrünü başa vurmaq istəyir. Qarının inadını görən valinin adamları axırda zorla torpağı onun əlindən alırlar. Qarı da etməyib tənbəllik, validən şikayət etmək üçün Azərbaycandan düz Bağdadadək gəlib çıxır. Saraya buraxmasalar da, bir gün ovda qəfildən padşahın qarşısına çıxır və ona əmirlərindən şikayətçi olduğunu çatdırır.

Ədalətinə görə “Adil” adlandırılan Nuşirəvan sakitcə qarını dinləyir, onu qorumağı öz etibarlı əyanlarından birinə tapşırır, qarının şikayətinin əsaslı olub-olmadığını araşdırmaq üçünsə gizlicə Azərbaycana bir qulam göndərir.

Qulam 20 gün içərisində hər şeyi yerli-yataqlı öyrənib, gəlib, padşaha çatdırır. Azərbaycan əmirinin azğınlığı və harınlığı padşahı o qədər qəzəbləndirir ki, yuxusu ərşə çəkilir və elə səhərin gözü açılar-açılmaz həm Azərbaycan valisini, həm də bütün əyanları saraya çağırtdırır.

Azərbaycan valisini qapısının ağzındaca gözlətdirən Ənuşirəvan digər əyanlarla toplantıda, əvvəlcə, valinin var-dövlətini hesablatdırır. Bəlli olur ki, içlərində ən varlısıdır. Sonra da qarıya qarşı etdiyi zülmü xatırladır və ibrəti-aləm üçün fərmanını elan edir: “İndi istəyirəm, bunun dərisini soyub, içinə saman təpib saray qapısından asasınız, ətini itlərə yedirəsiniz və düz 7 gün də camaata car çəkəsiniz ki, bundan sonra bir məmur zülmlə birindən bir torba dən, bir cücə, bir dəstə göyərdi belə alsa, ondan şikayət edilsə, eyni aqibəti yaşayacaq!”

Ardınca da sarayın önünə səsi uzaqdan eşidiləcək bir zəng asdırır ki, məmurlardan şikayəti olan rəiyyət bundan sonra o zəngi çalmaqla, padşaha şikayətinin olduğunu birbaşa çatdıra bilsin.

Beləcə, Ənuşirəvan padşah bircə qətiyyətli addımıyla bütün əyanlarının canına qorxu salır və o gündən ölkədə məmur harınlığına və özbaşınılığına son qoyulur, xalq da adil padşah kimi, Ənuşirəvanı sevir, onun arxasında durur, hakimiyyətinin əbədi olması üçün dua edir”…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Yanvar 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri