Bizim işçi qrupu ticarət dövriyyəsini nəzərdən keçirəcək SLOVENİYA XİN
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mən qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Bu ölkəyə ilk dəfədir ki, rəsmi səfər edirəm. Bu çox gözəl fürsətdir ki, iki ölkə arasında əməkdaşlığı genişləndiririk". SİA xəbər verir ki, bunu Sloveniya Xarici İşlər Naziri və Avropa İşlər Naziri Tanya Fayon qeyd edib.
Onun sözlərinə görə, bizim işçi qrupu ticarət dövriyyəsini nəzərdən keçirəcək. Biz yaxın zamanlarda enerji sahəsində anlaşma memorandumu imzalamışıq. Həmçinin keçən dəfə enerji naziri Bakıda olmuşdur. Biz bir çox məsələlərdə dostluq münasibətlərinə sahibik. Yalnız enerji sahəsində deyil, həmçinin su stansiyalarının tikilməsi, turizm sahələrimizi inkişaf etdirmək çox vacibdir.
Bununla yanaşı beynəlxalq tədbir olan COP29-un Bakıda keçirilməsi yüksək səviyyədə əhəmiyyət kəsb edir. Bununla bağlı keçiriləcək olan biznes forumunuda çox böyük əhəmiyyətə malik olduğunu qeyd etmək istəyirəm.
Baxış sayı:119
Bu xəbər 17 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















