Icma.az
close
up
RU
“Bizim komandada ulduz yoxdu, ailə var” Yuri Vernidub

“Bizim komandada ulduz yoxdu, ailə var” Yuri Vernidub

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Misli premyer-liqasının 20-ci turunda “Neftçi” səfərdə “Kəpəz”i məğlub etdi - 3:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konftansında “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub media önünə çıxıb.
- Sambuya nə yedirib-içirdiz ki, “ayağı açılıb”?
- “Neftçi” azarkeşlərini təbrik edirəm. Yadınızdadısa, “Forza Neftçi”nin ad günü idi. Xəstə idim deyə, iştirak edə bilməmişdim. Ona görə də üzr istəyirəm. Əsas onların dəstəyidi. Sambuya gəlincə, yaxşı forvarddı. Məşqçi kimi “Abubakar, yoxsa Sambu” seçimini etmək çətindi. Mənə xoşdu ki, onlar qol vururlar. Onlar dəyişib. Komanda üçün oynayırlar. Belə davam etsələr, daha yaxşı olacaq.
- İki həftə oynamayacaqsız. Bu sizi nə dərəcədə qayğılandırır?
- Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama oyunu olsun. Ya da öz aramızda oynayacağıq.
- Futbolçulara mükafat veriləcək? Xəbəriniz varsa, nə qədər olacaq?
- Onlar üçün ən böyük mükafat qələbədi. İşlədik, 3 xal qazandıq. Onlarla çox ünsiyyətdə oluram. İnanıram ki, daha yaxşı olacaq.
- Optimal "11-liy”in olmaması nəyə görədi? Hələ formalaşdırmamısız, yoxsa oyun prinsipiniz budu?
- Qapıçıları nəzərə almasaq, 23 futbolçumuz var. Hər biri məşqlərdə yaxşı iştirak edir. Anlayıram ki, hamısı oynaya bilməz. Amma onlar oynamağa layiqdi ki, oynasınlar. Şərait yaradıram ki, hamısı oynasınlar. “Qarabağ”da da gördüz ki, futbolçular uzun müddət oynamayanda fərqli nəticələr olur. Bizim komandada ulduz yoxdu, ailə var.
- “Qarabağ”la oyunun təxirə salınmasına münasibətiniz necədi? Bunu Ukraynadakı derbi ilə müqayisə edə bilərsiz?
- Bu mövzunu bağlamaq vaxtıdı. Rəhbərliklə görüşdük, qərar verdik ki, Azərbaycan təmsilçisinə dəstək olaq. Bu bizim qərardı. Bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük. “Qarabağ”a “Nyukasl”la oyunda uğurlar arzulayıram. Bu Azərbaycan futbolunun uğurudu.
- “Neftçi” azarkeşləri artıq “Neftçi qayıdır” deyir. Sizin buna münasibətiniz?
- Azarkeşsiz futbol olmur. Bizim onlarla yaxşı münasibətimiz davam edir (gülür). Arzulayıram ki, hər gün yanımızda olsunlar. Bizə və azarkeşlərə lazım olan budu. “Neftçi” azarkeşləri ilə fəxr edirəm.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Fevral 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri