Icma.az
close
up
RU
Hər oyun bizim üçün final kimidir Yuri Vernidub

Hər oyun bizim üçün final kimidir Yuri Vernidub

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub

"Neftçi" Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki hissə arasındakı bu qədər fərqin olmasının səbəbi nə idi?

"Birinci hissədə "Neftçi"nin performansı həqiqətən çox yaxşı idi. Ən azı 6-7 real qol epizodumuz olsa da, təəssüf ki, hamısını dəyərləndirə bilmədik. Matçın 60-cı dəqiqəsinə qədər meydanda istədiyimiz oyunu göstərirdik. Rəqibi maksimum pressinq altında saxlamaq planımız işə yarayırdı. Həmin müddət ərzində qapımız qarşısında cəmi bir təhlükəli vəziyyət yarandı ki, orada da qapıçımız bizi xilas etdi. Biz isə hələ oyunun ilk 4 dəqiqəsində iki dəfə fərqlənməyə yaxın idik.

Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq".

Artıq avrokubok zonasının astanasındasınız. Üzərinizdə əlavə təzyiq hiss edirsiniz?

- Mən təzyiq hiss etmirəm. Getdikcə gərginlik artır. Əsas odur ki, bizim oyunçular bunu başa düşsünlər və tempi qorusunlar. Çünki bundan sonrakı bütün oyunlar sanki kubok finalı kimidir. Ona görə xallarımızı qazanmalıyıq, irəli getməliyik. Bu ay ərzində oynayacağımız "Zirə" və "Qarabağ" komandaları da bunu istəyir. Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar bunu başa düşür. Hər birinə hörmətlə yanaşırıq. Çıxıb oynayacağıq. Hər şeyi Allah bilir".

- Siz gəldikdən sonra Vensan Abubakar start heyətində yer almayıb. Bu onu göstərir ki, yeni mövsüm üçün planınızda Abubakar yoxdur?

- Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, onlar haqda ümumiyyətlə heç nə deməmişəm, demək də istəmirəm. Abubakar komanda oyunçusudur, "Neftçi"nin futbolçusudur. Onun zədəsi var idi. Üç həftə məşq etmədi. Müalicə alırdı. Beş gün məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni söz Bassala Sambuya da aiddir. O, məşqlərə başlayıb, amma fərdi məşqlər edir. Yəqin ki, bərpasına 2-3 həftəyə geri qayıdacaq. Hər şey yaxşı getsə, "Qarabağ"la 2-ci oyuna çıxarmaq olar. Amma bu da şübhəlidir. Hər birini gözləyirəm. Böyük ümidlər var. Eyni məsələ Ştoqrinə də aiddir. Dünən zəhərlənib. Hətta 23-lükdə adı da yox idi.

- Bassala Sambu da geri qayıtdıqdan sonra ola bilər ki, 9 nömrəsiz oynamağa davam etsin? Çünki komanda hücumda daha rəngarəng görünür.

- Gözləyək, görək o nə vaxt qayıdır. Ondan sonra düşünüb, təhlil edərik. 

- Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlər arasında göstərilirsiniz. Bu doğrudur?

- Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiniz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından orada doğru məlumatları bölüşəcəm.

Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə mənim də adımı ora daxil ediblər. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da "Neftçi"dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək. Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər mübarizə aparacağıq. Görürsünüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya verirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür.(sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Aprel 2026 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri