Icma.az
close
up
RU
BİZİM MEDİA: 23 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM MEDİA: 23 dekabrda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media saytına istinadən bildirir.

1802-ci ilin 23 dekabrında Şimali Qafqaz Birliyinin yaradılması ideyasını həyata keçirməyə çalışan rus çarı I Aleksandrın göstərişi ilə Georgiyevskidə Quba, Talış və Dağıstan xanları arasında müqavilə imzalanıb.
Müqavilə iştirakçıları qarşılıqlı düşmənliyə son qoyub, bütün mübahisələri sülh yolu ilə həll etməyi, onlardan birinə hücum edildikdə işğalçıya qarşı birlikdə mübarizə aparmağı öhdələrinə götürürblər.
Bəs, 23 dekabrda daha hansı yadda qalan hadisələr baş verib?    
1. Osmanlı dövlətinin ilk konstitusiyası olan “Qanuni-Əsasi” I Məşrutiyyətlə birlikdə 1876-cı ilin 23 dekabrında elan edildi. Amma I Məşrutiyyət hökumətinin ömrü 13 fevral 1878-ci ildə sona çatdı.
2. 1913-cü ilin 23 dekabrınd ABŞ-da bir neçə iri bankı birləşdirən Federal Ehtiyat Sistemi yaradılıb.
3. 23 dekabr 1920-ci il tarixində Fransa və Böyük Britaniya "Suriya və Fələstin sərhədlərini müəyyən edən Konvensiya"nı ratifikasiya ediblər.
4. 1930-cu ilin məhz bu günündə Türkiyə və Yunanıstan arasında əhali mübadiləsi həyata keçirilib.
5. 23 dekabr 1933-cü ildə Almaniyada Reyxstaq yandırılıb və bu böyük bir siyasi prosesin başlanğıcı olub.
6. 1947-ci ilin bu günü Amerika fizikləri Şotli, Bratteyn və Bardintranzistor ixtira etdilər. Bu hadisə yalnız yarım il sonra Nyu-Yorkda elan olundu. Lakin bu ixtira həmin dövrdə elmi ictimaiyyətə o qədər də güclü təsir bağışlamadı. 1956-cı ildə isə hər üç ixtiraçı Fizika üzrə Nobel mükafatına layiq görüldü.
7. 1947-ci ilin 23 dekabrında SSRİ Nazirlər Soveti azərbaycanlıların Ermənistandan Azərbaycana – Kür-Araz ovalığına köçürülməsi barədə qərar qəbul etdi.
Erməni siyasətinin azərbaycanlılara növbəti departasiya aktı olan bu ədalətsiz qərar nəticəsində doğma yurd-yuvalarından didərgin düşən 100 mindən çox azərbaycanlının xeyli hissəsi şəraitə uyğunlaşmayaraq həlak oldu.                                             
8. Yaponiyada İkinci Dünya Müharibəsi zamanı baş nazir olmuş general Toko və dövrün 6 səlahiyyətlisi soyqırım və müharibə cinayətləri maddələrilə paytaxt Tokioda 1948-ci il 23 dekabrda edam edildi.
9. 1972-ci ilin 23 dekabrında Nikaraquanın paytaxtı Manaquanı yerlə yeksan edən 6,3 bal gücündəki zəlzələdə 10 min adam həyatını itirdi.
10. İranın paytaxtı Tehranda 1973-cü il 23 dekabr tarixində toplanan neft istehsalçısı ölkələr neftin qiymətlərini 130 faiz artırdılar və ABŞ-la Hollandiyaya neft sövqiyyatını təxirə saldılar.
11. 23 dekabr 1979-cu ildə SSRİ hərbi hissələri Əfqənistana müdaxilə edib.
12. 1984-cü ilin 23 dekabrında Rusiyanın Aeroflot Hava Yollarına aid sərnişin təyyarəsi mühərrikində çıxan yanğınla əlaqədar Krasnoyarsk hava limanına təcili enməyə çalışarkən qəzaya uğradı. Hadisə 110 adam ölümü ilə nəticələndi.
13. 23 dekabr 1991-ci ildə İsveçrə Konfederasiyası Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də quruldu.
14. 2005-ci ilin 23 dekabrında Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları idi.
23 dekabrda həm də bu şəxslər xatırlanır:
1. Məşhur rus rəssamı Karl Bryullov 1799-cu ilin bu günü Sankt-Peterburq şəhərində anadan olub.  Rəssama dünya şöhrətini “Pompeyin son günü” əsəri gətirib.  Karl Bryullov Osmanlıya səyahəti zamanı topladığı materiallar əsasında “Türk qadını” və “Bağçasaray fəvvarəsi” rəsmlərini yaradıb. (1799-1852)
2. Moğul imperator Əhməd Şah 23 dekabr 1725-c ildə anadan olub. 
3. 23 dekabr 1931-ci ildə rus aktyoru Lev Durov anadan olub. O azərbaycanlı kinosevərlərinə daha çox yadında “Qorxma, mən səninləyəm” filmindəki roluna görə qalıb. 
4. Sevilən müğənni, Xalq artisti Nazpəri Dostəliyev 1959-cu ilin məhz bu günü dünyaya gəlib.
5. Milli Qəhrəman Faiq Ağayev 23 dekabr 1991-ci ildə şəhid olub.
6. 23 dekabr daha bir Milli Qəhrəman Hidayət Rüstəmovun xatirə günüdür. O 1991-ci ilin məhz bu günündə şəhidlik zirvəsinə yüksəlib. 
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Dekabr 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri